“Qadınlarımızı Dəstəkləyək” adlı sərgi keçirilib

5 iyul 2019-cu il tarixdə  Azərbaycan Respublikası “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayevanın təşkilatçılığı ilə Gəncə şəhərində “Ramada Plaza” otelində “Qadınlarımızı Dəstəkləyək” adlı səgi keçirilib . Sərgi   ölkə üzrə mentor və gənc sahibkarlar qadınların istehsal etdiyi məhsullardan ibarət “Qadınlarımızı Dəstəkləyək” adlı satış sərgisinin keçirilməsidir.

Tədbirin məqsədi sahibkar qadınların fəaliyyətinin gücləndirilməsi üçün dövlət və qeyri-dövlət  nümayəndələri, təşkilat rəhbərləri, bank nümayəndələri və bir sıra aparıcı mövqe sahibi olan nümayəndələr arasında əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirməkdir.

Sonda sərgidə fəal iştirak edən sahibkar qadınlara Fəxri Diplom təltif olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.