44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ HAQQINDA DƏYƏRLİ KİTAB

Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılan 44 günlük VƏTƏN MÜHARİBƏSİ döyüş meydanında başa çatsa da digər sahələrdə (siyasi, iqtisadi, informasiya və s.) davam edir və üçrəngli bayrağımız Xankəndində dalğalananadək daha kəskin xarakter alacaqdır.
İnformasiya sahəsində “arxalı köpək” olan xain qonşülarımız üzərində tam qələbə qazanmaq üçün qələm sahiblərinin üzərinə böyük və şərəfli vəzifə düşür. Bu baxımdan tanınmış yazıçı- jurnalist , vətənpərvər ziyalı Ruhulla Zahidovun yaxın günlərdə işıq üzü görmüş “GƏNCƏ VƏTƏN MÜHARİBƏSİNDƏ” kitabı təqdirəlayiq təşəbbüslərdən biridir.
Kitabın annotasiyasından aydın görünür ki, müəllif VƏTƏN MÜHARİBƏSİnin parlaq səhifələrindən birini- bu müharibədə ULU GƏNCƏnin yeri və rolunu qələmə almağı qarşısına məqsəd qoymuşdur: “Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən bu müharibədəki qələbə sevincində Gəncə şəhərinin və Gəncəlilərin də özünəməxsus payı və əməyi vardır “.
Kitabın məzmunu ilə yaxından tanışlıq göstərir ki, müəllif bu məqsədinə nail ola bilmişdir. Belə ki, müharibə günlərində döyüş meydanında qəhrəmancasına vuruşan igid gəncəlilərlə bərabər, arxa cəbhədə də fədakarlıq göstərən şəhər əhalisi haqqında da konkret faktlar əsasında müfəssəl məlumat vermişdir. Bu baxımdan R. Zahidovun bu dəyərli əsərini sənədli povest də, elmi- publisistik kitab da adlandırmaq olar.
Kitabda həm Vətən müharibəsində şəhid olanlar( ilk şəhid İlqar Bürcəliyev və başqaları), həm igid qazilər ( döyüş meydanında göstərdiyi şücaətə görə 3 medalla təltif olunan Quliyev Məlik və başqaları), həm də arxa cəbhədə fədakarlıq göstərən gəncəlilər haqqında rəsmi sənədlərə , canlı müşahidə və müsahibələrə əsaslanan müfəssəl məlumatlar sübut edir ki , həqiqətən də Gəncə və Gəncəlilər  44 günlük Vətən müharibəsində xüsusi fərqləniblər.
Kitabda verilən çoxsaylı fotoşəkillər onun dəyərini daha da artırmışdır. Təəssüflər olsun ki, belə dəyərli kitab çox az tirajla çap olunub. Hərçənd, bu dəyərli əsər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz vəsait rolunu oynaya bilər.
Belə dəyərli kitabın işıq üzü görməsi münasibətilə müəllifi təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram.
Bayram Ağrıdağ,
Gəncə Dövlət Universiteti Pedaqoji fakültəsinin dekanı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.