44 gün Azərbaycan xalqının yenilməzliyinin, məğlubedilməzliyinin təsdiqi oldu – Pərvin Kərimzadə

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı. Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan Ordusu dünya hərb tarixində qalib Ordular sırasına daxil oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Dünyaya səs salan Qələbəmiz müstəqil Azərbaycanımızı dünyada qalib xalq, məğlubedilməz dövlət kimi yenidən tanıtdı.

Ən mühüm məqamlardan biri də odur ki, vaxtilə işğal nəticəsində torpaqlarını tərk edən, illərdir ata-baba ocağına həsrət qalan, yurd nisgili yaşayan həmvətənlərimiz artıq məcburi köçkün deyillər. İllərdir məcburi köçkün, qaçqın ifadəsinin ağırlığından xilas olmaq istəyi ilə yaşayan soydaşlarımızın arzusunu Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi. Prezidentimiz, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də böyük qürur hissi ilə “Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz” bildirdi: “Xalqımızın duyğularını təsəvvür etmək çətin deyil. Mən bu dönəmdə hər gün minlərlə məktub alıram. Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi ilə dolu məktublar məni doğrudan da çox duyğulandırır. Bu gün bizim televiziya kanallarımız, internet saytlarımız uzun illər məcburi köçkün həyatı yaşamış insanları, onların duyğularını, onların sözlərini ictimaiyyətə təqdim edəndə onların ən çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm. Deyir ki, artıq mən qaçqın deyiləm. Bilirsiniz bu, nə deməkdir? “- deyərək Ölkə Başçımız bu məqamın həm özünün, həm bu insanların həyatında ən xoşbəxt anların təzahürü olduğunu qeyd etdi.

Azərbaycan tarixinin möhtəşəm qələbəsi həm də ölkə Prezidentinin 44 gün ərzində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqlərə sinə gərməsi ilə yadda qaldı. Bütün dünya Azərbaycanın gücünə, Ermənistanın rəzil duruma salınmasına, işğalçı dövlətin kapitulyasiya aktını imzalamasına şahidlik etdi. Ermənistan hərbi, siyasi, diplomatik sahədə ağır məğlubiyyətə uğradı. Azərbaycan Ordusu erməni ordusunu diz çökdürdü, demək olar ki, bütün texnikaları məhv edildi, düşmənin illərlə qurduqları istehkamlar Azərbaycan əsgərləri tərəfindən keçildi.

Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan xalqı yenilməz, məğlubedilməz xalq olduğunu bütün dünyaya göstərdi. Prezidentimiz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanının təhlükələrə rəğmən işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına,səfər etməsi Böyük Qələbə sevincini xalqımızla bölüşməsi “Qarabağ Azərbaycandır və nida” fikrinin təsdiqi oldu.

Böyük zəfərin müəllifi ölkə Başçımızın yerlərdə xalq tərəfindən böyük coşqu ilə qarşılanması “Biz birlikdə güclüyük” şüarının xalqın qalib ruhunun güzgüsü oldu. Bütün dövrlərdə və yaşanan hadisələrdə hər zaman xalqın yanında olan Prezidentimizin səmimi ünsiyyəti, çıxışlarında işğaldan azad olunan torpaqlarda həyatın normala dönməsi ilə bağlı səsləndirdiyi fikirlər müzəffər Azərbaycan Ordusunun qazandığı qələbədən sonra xalqımızın ruh yüksəkliyini daha da artırıb. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış qalib xalqın qəhrəman Ali Baş Komandanının işğaldan azad olunan torpaqlarda olması Qarabağa qələbə səfəri kimi tariximizin şanlı səhifəsinə yazılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.