37 saylı Nizami birinci (Gəncə)seçki dairəsindən deputatlığa namizəd Anar Burcəliyevin Milli Məclisə seçkiqabağı Platforması

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan, Teatrşünas-tənqidçi ANAR MƏMMƏD OĞLU BURCƏLİYEVİN altıncı çağırış Milli Məclisinə seçkiqabağı

 P L A T F O R M A S I

 

  • Parlament tərəfindən yeni islahatların həyata keçirilməsində əməli tədbirlər planının hazırlanması məqsədilə təkliflərin hazırlanması. Bu məqsədlə yeni fikir və ideyaların səslənməsi
  • Siyasi və intellektual düşüncənin formalaşması ilə peşəkar qanunverici orqan olaraq Milli Məclisin fəaliyyətinə yaxından kömək etmək
  • Hər zaman dövlətçilik mənafeyindən çıxış edərək milli maraqlarımız aspektində qətiyyətli addımların atılması ilə təkliflər paketinin hazırlanmasıişində yaxından iştirak etmək
  • Qəbul olunan qanunların hər zaman məqsədli şəkildə sosial-iqtisadi islahatların həyata keçirilməsi üçün dövlətçilik, cəmiyyət və vətəndaş prinsipləri ilə qəbuluna çalışmaq
  • Bu məqsədlə qanunların hazırlanmasında demokratik cəmiyyət və azad iqtisadiyyat prinsiplərindən çıxış etmək.
  • Hər zaman Strategiya, Proqram və Qanun ardıcıllığı prinsiplərinə əməl olunmasının təmininə çalışmaq
  • Hər an qanun layihələrinin hazırlanmasında əhalinin, ictimai fikir və rəylərinin nəzərə alınmasını təmin etmək
  • Hər bir seçicinin qaldırmış olduğu problemlərinin dəqiqliklə araşdırılması, öyrənilməsi və sistemli formada həllinə yaxından yardım göstərmək
  • Hər ay Gəncədə seçicilərlə davamlı görüşlərin keçirilməsi, onların təklif və fikirlərinin öyrənilməsini təmin etmək
  • Gəncə şəhərində daimi qərargahın yaradılması
  • Görülən işlərlə bağlı ən geci üç aydan bir seçicilərlə birgə müvafiq təhlillərin aparılmasını təşkil etmək
  • Hər zaman ədalətli prinsiplərin gözlənilməsinin təmin edilməsi istiqamətində addımların atılması
  • Hər bir vətəndaşın ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarətin edilməsi ilə qaldırılan məsələlərin qanun çərçivəsindəhəlli istiqamətindəfəaliyyətin göstərilməsini təmin etmək
  • Bələdiyyələrin fəaliyyətsizliyi ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində təkliflərin hazırlanması
  • Həmçinin vətəndaşlarla Məşğulluq mərkəzləri arasında yaranan problemlərin və onların fəaliyyətinin gücləndirilməsi istiqamətində yeni təkliflərin hazırlanması
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirilməsi istiqamətində yeni təkliflərin hazırlanmasını təmin etmək
  • Bu sahədə vətəndaşlara yaradılan süni problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi
  • Mədəniyyət, Səhiyyə və Təhsil sahələrində çalışan şəxslərin qanunla müəyyən edilən prinsiplər əsasında problemlərinin həllinə çalışmaq
  • Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsinin artırılması, kadr ehtiyaclarının ödənilməsi istiqamətində insan kapitalının formalaşmasının təmin edilməsinə çalışmaq
  • Gəncənin sosial-iqtisadi inkişaf proqramının hazırlanması məqsədilə təkliflərin hazırlanması
  • Sahibkarlığın inkişafı o cümlədən yerli istehsalın artırılması məqsədilə təklif və qanunların hazırlanması
  • Regiona yönələn investisiya kreditlərinin artırılması üçün tənzimləyici hüquqi baza və normaların hazırlanması
  • Həmçinin xarici sərmayənin bölgəyə cəlb edilməsinin təmin edilməsi məqsədilə qanunların təkmilləşdirilməsi
  • Bu məqsədlə neft gəlirlərinin bir hissəsinin investisiyalar şəklində Gəncəyə yönəldilməsi üçün təkliflərin hazırlanması
  • Xarici investisiyaların Gəncəyə cəlb edilməsi işində yaxından iştirak etmək
  • Bələdiyyə sturukturlarında fəaliyyətin gücləndirilməsi ilə yanaşı onlar tərəfindəyolların çəkilişi, yeni salınan küçə və prospeklərin asfaltlanması, işıqlandırılması ilə bağlı məsələlərə nəzarətin gücləndirilməsi
  • Elektrik enerjisi və qaz təchizatı ilə bağlı problemlərinin həllində köməkliklərin göstərilməsi üçün müvafiq dövlət orqanları qarşısında məsələlərin qaldırılması və onun həllinə çalışmaq
  • Pensiya məbləğinin orta aylıq əmək haqqına yaxınlaşdırılması məqsədilə təkliflərin hazırlanması
  • Pensiya təminatı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi şöbələri tərəfindən yaradılan süni mane və problemlərin aradan qaldırılması, rüşvətxorluq və korrupsiya hallarının mövcudluğu haqqında məlumatların əldə edilməsi zamanı qanunla aradan qaldırılmasını təmin etmək
  • Qarabağ müharibəsi iştirakçıları və onların ailə üzvlərinin eləcə də Şəhid ailələrinin problemləri ilə yaxından tanış olmaqla bu problemlərin həllinə çalışmaq
  • Dövlət Məşğulluq Xidmətinin işində köklü islahatların həyata keçirilməsi, vətəndaşların vakant iş yerləri ilə təmin edilməsi işində yaranan süni maneələrin aradan qaldırılması istiqamətində fəaliyyətin gücləndirilməsi
  • Hər bir ailəyə yeni doğulmuş körpələr üçün birdəfəlik müavinət məbləğinin artırılması məsələsinin təmin edilməsinə çalışmaq
  • Ailələrdə sosial müdafiənin gücləndirilməsi məqsədilə 18 yaşınadək olan uşaqlara müavinətlərin, uşaq pullarının verilməsini təmin etmək

– Ölkədə uşaq pulunun ödənilməsi vacib məsələdir.Yaxın qonşumuz olan Rusiyada diqqət çəkən məqamlardan biri də uşaqlara sosial qayğı ilə bağlıdır. Belə ki, 7 yaşa qədər hər bir uşağa hər ay 5,5 min rubley, dollar hesabı ilə təxminən, 90 $, yəni, 153 man. verilir. Daha bir yenilik həm də uşaq doğulanda “ana kapitalı”, yəni, doğulan kimi anaya verilən müavinətdir ki, bu da 466 min rubl, yəni 7580 $, yəni 12800 man təşkil edir. Ailədə 2-ci uşağın dünyaya gəlişi ilə, məbləğ daha, 20 % artır. Hesab edirəm ki, “ana kapitalı” məsələsi zaman işi olsa da, bizdə də heç olmasa 7 yaşa qədər olan uşaqlara aylıq uşaq pulu verilməsi mümkündür və mühümdür. Bu uşaq pullarının verilməsi 100 manat məbləğində nəzərdə tutulsa elə də çox böyük bir miqdar etməməlidir.Məncə bu məsələnin hüquqi iqtisadi tərəflərini əsaslandırıb, geniş şəkildə müzakirə edib dövlət rəhbərliyinə müraciət edilməlidir.

  • Əhaliyə verilən mavi yanacağın qış aylarında limitlə tətbiqi məsələsinin aradan qaldırılması və mavi yanacağın qış aylarında hətta əhaliyə pulsuz təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması
  • Respublikamızda qış ayları ərzində əhaliyə qazın verilməsi üçün 220 kub

mavi yanacağın limitsiz verilməsi nəzərdə tutulur. 220 kub istifadən sonra artıq limit tətbiq edilməyəbaşlanılır. Yaxın qonşumuz Gürcüstan Respublikası isə mavi qazı Azərbaycandan aldığı halda dağlıq ərazi statusu alan kəndlərdə yaşayan vətəndaşlarına 700 kub təbii qazı pulsuz verir. Bu güzəşt Gürcüstanda dekabrın 1-dən mayın 15-dək olan müddəti əhatə edir.Gürcüstandan fərqli olaraq, Azərbaycan karbohidrogen ehtiyyatlarına malik bir ölkədir. Amma biz əhaliyə limitlə qaz veririk. Hesab edirəm ki, bu məsələnin Azərbaycanda müzakirəsinin vaxtı çoxdan çatıb. Həm şəhər əhalisi, həm kənd əhalisi o qədər yüksək gəlirlərə malik deyil ki, biz bunlardan hansısa mənfəət güdək. Gürcüstan Azərbaycandan hansısa qiymətə qaz alır, öz əhalisinə güzəştli verir. Biz isə bu gün əhaliyə verilən təbii qazın demək olar ki, 90%-ni BP-nin bizə hədiyyə etdiyi səmt qazı hesabına ödəyirik. Əsrin müqaviləsində belə bir bənd var ki, əsrin müqaviləsi çərcivəsində hasil edilən neft yataqlarından çıxarılan səmt qazı Azərbaycana hədiyyə verilsin. Azərbaycan əhalisinin qaza olan tələbatı 3,2 milyard kub metrdir. BP də təxminən, 3 milyard kub metr qaz verir. Belə olduğu halda məntiqi nəticəyə gəlmək mümkündür ki, biz nəyə görə əhaliyə qazı limitsiz və ya qış aylarında pulsuz ödəməyək?

  • Autizmli övladları olan valideynlərin reabilitasiyanın özəl və baha olduğunu nəzərə almaqla autizmli uşaqlar üçün təqaüdlərin verilməsi məsələsində qanunvercilik aktlarının qəbulu və təmini məsələlsinin reallaşmasına çalışmaq
  • Dəqiq səbəbləri bəlli olmayan, Azərbaycanda6000-ə yaxın autizm diaqnozlu insanların olduğu deyilsə də onların dəqiq statistikasının aparılması məsədilə təkliflərin hazırlanması
  • Hamilə qadınların doğuşa qədər və doğuşdan sonra ağırlaşdırıcı halları mövcud olduqda, ana və uşaq ölümü faktları müəyyən edildikdə ailələrə sosial sığorta paketinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması və təmin edilməsi işini həyata keçirmək
  • “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddur. Bu məqsədlə şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılmasını, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsini, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilsə də hələ də bu sahədə süni manelər və problemlər mövcuddur. Belə ki, şəkərli diabet xəstələrinin tam olaraq dərman pereparatları ilə təmini mümkün deyildir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsini gücləndirmək məqsədilə təkliflərin hazırlanması
  • Vətəndaşlar üçün davamlı yeni iş yerlərinin açılması təkliflərinin hazırlanması işini təmin etmək məqsədilə qanunvericilik bazasının yaradılması
  • Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara sosial reabritasiya xidmətlərin göstərilməsi məqsədilə müavinətlərin verilməsi ilə bağlı təkliflərin hazırlanması
  • İpoteka kredit şərtlərinin gənc ailələr üçün yüngülləşdirilməsini nəzərdə tutan təkliflər paketinin hazırlanması və qanunla tənzimlənməsini təmin etmək
  • Yeni gənc ailə həyatı quranlar üçün mənzil tikintisi məqsədilə torpaqların ayrılması və bu məqsədlə aşağı faizli həcmində kreditlərin ayrılması məsələsinin təmin edilməsi
  • Gənclərin, ali məktəb məzunlarının müvafiq ixtisaslarına uyğun olaraq işlə təmin olunması məqsədilə yeni iş yerlərinin yaradılması təkliflərinin hazırlanması və köməkliklərin göstərilməsi
  • Kitabxanaların günün tələblərinə uyğun fəaliyyət göstərməsi və xüsusi ilə elektron kitabxana işinin fəaliyyətinin gücləndirilməsi, orta məktəblərdə eləcə də mədəniyyət evləri, klublarda özfəaliyyət dərnəklərinin işinin təkminləşdirilməsi və müvafiq qanunla tənzimlənməsi işinin formalaşdırılması
  • Dövlət tibb müəssisələrinin maddi-texniki təchizatını yaxşılaşdırmaq məqsədi ilə dövlət vəsaitlərinin artırılması məsələsinin büdcənin müzakirəsi zamanı təklif etməklə yanaşı İcbari Tibbi Sığortanın günün tələbləri səviyyəsində, əhalinin sağlamlığının təminatı məqsədilə daha da təkminləşdirilməsi planının hazırlanması və qanunla təminatına çalışmaq
  • Günün tələbləri səviyyəsində əhalinin sosial təminatının gücləndirilməsi məqsədilə əmək haqlarının qaldırılması ilə bağlı təkliflərin hazırlanması
  • Mütəmadi olaraq Azərbaycan Mədəniyyəti sahəsində müstəsna xidmətləri olan sənətkarların fəxri adlarla, prezident mükafatı və prezident təqaüdlərinin verilməsi haqqında təkliflərin hazırlanması və məsələlərin qaldırılması işini təmin etmək
  • Bir məsələyə də aydınlıq gətirmək istərdim. Çox zaman hər il verilən

prezident mükafatlarının tətbiq edilməsində bir çox sənətkarları təkrarən mükafatlara təqdim olunan görürük. Məgər bu sənətkarlardan başqa digər sənətkarlar bu mükafatlara layiq deyillərmi? Əlbəttə ki, layiqdirlər. Sadəcə olaraq hər il yenilənən prezident mükafatlarının verilməsi ilə bağlı olan təqdimatda eyni insanlar yer alır. Düşünürəm ki, burada da hansısa bir balansın pozulması mövcuddur. Təqdimatlar verilən zaman Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət Komissiyası bu kimi məsələləri diqqətdə saxlamalı və digər sənətkarların da mükafatlandırılması məsələsi ilə məşğul olmalıdırlar.

  • Gəncədə müstəsna xidmətləri olan, elm, mədəniyyət, səhiyyə və təhsil sahəsində fərqlənən dünyasını dəyişmiş şəxslərin gənc nəslə tanıdılması və təbliği işinin təşkili məqsədi ilə xatirələrinin əbədiləşdirilməsi istiqamətində xüsusi təkliflərin hazırlanması

İnanıram ki, doğma Gəncəmi və mənə etimad göstərən hər bir seçicimin etimadını doğruldacaq, fəaliyyətim müddətində onların yanında olacağam.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.