30 nəfərdən RÜŞVƏT alan məktəb direktorundan – ŞOK VİDEO

Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru rüşvətxorluqda ittiham edilir. Məktəbin direktoru Samirə Əkbərovanın 30 nəfərdən işə düzəlmək adı ilə külli miqdarda rüşvət aldığı iddia olunur.
Təhsil eksperti Elşən Qafarovun Bizim.Media-ya verdiyi məlumata görə direktor məktəb daxilində ştat formalaşdırıb və işə düzəltmə adı ilə 30 nəfərin hər birindən minimum 4 mindən başlayaraq 7, 8 və 10 min manat civarında pul alıb.
“Təyinat” icra edilmədiyində isə şikayətçilər direktora verdikləri pulları geri tələb ediblər. Pulu qaytarmaqdan imtina edən direktorla şikayətçilər arasında dəfələrlə qalmaqal yaşanıb. Hətta tərəflər arasında yaşanan qalmaqalda halı pisləşənlər də olub.
Elşən Qafarovun sözlərinə görə məktəbdə baş verənlər barədə Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırma aparır. Direktora rüşvət verən şikayətçilər ərazi üzrə polis şöbəsinə bununla bağlı müraciət də ediblər. Amma hələki direktor barədə tədbir görülməyib.
Məsələ ilə bağlı Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova ilə əlaqə yaratmağa çalışsaq da, telefon məşğul göstərib.
Direktorun pul aldığı şəxslərlə qalmaqal görüntülərini təqdim edirik:
https://bizim.media/az/cemiyyet/20037/30-neferden-rsvet-alan-mekteb-direktorundan-sok-video/?fbclid=IwAR0eiDmvfULFt-kXtScQb_WngrJ2eiagDc2PAjcWsvWj997unJFM57636eo
Alçina Amilqızı, Bizim.Media

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.