“Heç bir kəs sübut edə bilməz ki, 1209 müəllim bu suala cavab verərkən həyəcandan səhv edib. Belə bəla olar?”
Etmtv.news xəbər verir ki, bu barədə təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli iyunun 8-də ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında minlərlə müəllimin çox asan suallara cavab verməməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu məsələyə hansı tərəfdən baxsaq böyük problemdir.
“3-cü sinif uşaqlarının bildiyi sadə bir suala (sual da demək olmur) cavab verə bilməyən müəllimə diplom verən də, işə qəbul edən də, illərlə arxasında durub fəaliyyətini dəstəkləyən də günahkardır”, – deyə Ağabəyli bildirib.
Qeyd edək ki, Təhsil İnstitutu iyunun 8-də ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını açıqlayıb. Hər sualın yuxarı hissəsində yanlış cavablama və ya boş qoyma faizlə qeyd olunub.