3 əsrlik teatr mövsümü başa vurdu

19-cu əsrin sonlarında Lənkəranda yaranmağa başlayan teatr 21-ci əsrə qədər gəlib çıxa bildi. Hələ 1884-cü ildə Lənkəranda Teymur bəy Bayraməlibəyovun təşəbbüsü ilə müəllimlərin və şagirdlərin iştirakı ilə M. V. Qoqolun “Evlənmə” komediyası tamaşaya qoyulmuşdur.Lənkəranda teatr əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında N. B. Vəzirovun “Oddan alova” (“Yağışdan çıxdıq, yağmura düşdük”) komediyası ilə başlamışdır. Bundan 41 il sonra, 1930-cu ildən bu teatr H. Ərəblinski adına Lənkəran Musiqili Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirmişdir. 1949-cu ildən bu teatr dövlət statusunu dəyişərək 25 il H. Ərəblinski adına Lənkəran Xalq Teatrı kimi fəaliyyət göstərmişdir. 1973-cü ilin dekabr ayının 6 dan Lənkəran teatrı Mirzə İbrahimovun “Yaxşı adam” komediyası ilə yenidən Dövlət Teatrı kimi fəaliyyətə başlamışdır.Teatr son 51 ildə 300 –ə yaxın əsərə səhnə həyatı vermişdir. Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələri yer tutur. Teatr fəaliyyəti dövründə nəinki Azərbaycanda eyni zamanda xarici ölkələrdə qastrol səfərlərində olmuş və bir çox Beynəlxalq Teatr Festivallarında uğurla iştirak etmişdir.
133-cu mövsümünü başa vuran bu qədim sənət ocağı yeni mövsümdə teatrsevərlərin qarşısına uğurlu tamaşalarla, beynəlxalq festivallardakı çıxışları və digər layihələrlə çıxmağı qarşısına məqsəd qoyub. 18 iyulda Kamal Abdullanın “Casus” pyesi əsasında teatrın baş rejissoru Anar Babalının hazırladığı eyni adlı tamaşa ilə, 19 – u isə mövsümün son tamaşası olaraq Çingiz Aytmatovun “Cəmilə” əsərinin eyniadlı tamaşası ilə ( səhnələşdirən və rejissor İmran Ali Qurban) 133 yaşlı Lənkəran Dövlət Dram Teatrı öz tamaşaçılarına hələlik dedilər.

Banu Muharrem,

Lənkəran Dövlət Dram Teatrının mətbuat xidməti.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.