Azərbaycan Texnologiya Universitetində Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Texnologiya Universitetində (ATU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ATU-nun rektoru dosent Yaşar Ömərov, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, Gəncə şəhər prokuroru Rauf Gözəlov YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə iştirakçılar universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayişi iştirakçılarda dərin təəssürat yaradıb.

ATU-nun rektoru dos. Yaşar Ömərov çıxışında qeyd edib ki, demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli Konstitusiya Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi ilə qəbul edilib. Bu mühüm sənəd müstəqil və hüquqi dövlətin əsasını qoymaqla, Azərbaycanın bu günə qədər keçdiyi uğurlu inkişaf yolunun hüquqi bazasını formalaşdırıb. Rektor vurğulayıb ki, bu gün müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, qələbə və nailiyyətlərə imza atır.

Tədbirdə çıxış edən Adil Tağıyev, Bayram Aslanov, Rauf Gözəlov və Xəqani Tağıyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi yolunda görülən işlərdən, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.