28 il sonra: Xocalı cəlladı bu gün məhkəməyə çıxır

Bu gün Ermənistanın üçüncü prezidenti Serj Sərkisyana qarşı ilk məhkəmə iclası keçiriləcək.

Etmtv. news Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti məlumat yayıb.

Nəşr məhkəmə iclasının keçirilməsinə bir neçə saat qalmış ilginc məlumatlar əldə edib.

“Jamanak”ın yazdığına görə, bir sıra oliqarxlar korrupsiya və rüşvət ittihamı ilə məhkəmədə mühakimə olunacaq Sərkisyana dəstək verməyə hazırlaşır:

“Əldə etdiyimiz məlumata görə, keçmiş hakim partiya Respublikaçının rəhbərliyi və üzvləri, o cümlədən oliqarxlar Ruben Ayrapetyan, Arkadi Hambartsumyan və İrəvanın keçmiş meri Taron Marqaryan iclasın keçiriləcəyi məhkəmə binasının önünü bağlayıblar”.

Serj Sərkisyan prezident olduğu dövrlərdə ayrı-ayrı dövlət adamlarından şantaj yolu ilə ümumilikdə 1 milyon dollar maddi vəsaiti mənimsəməkdə ittiham edilir.

Əlavə edək ki, Sərkisyan 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş verən soyqırımın müəlliflərindən biridir. Xocalı soyqırımının törədilməsindən 28 il keçir.

 Mənsur Rəğbətoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.