Gəncə İdman Liseyində Yeni il şənliyi keçirildi

Uşaqlar bizim gələcəyimizdir. Onların güvəncli gələcəyinin təmin edilməsi və  erkən yaşlarından hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması üçün Gəncə İdman Liseyi ən etibarlı təhsil ocaqlarından biridir.

Gəncə İdman Liseyinin müəllim- şagird kollektivi Dünya Azərbaycanlılarının  Həmrəylik Gününü və Yeni il bayramını birlikdə qeyd etdi.

Tədbiri giriş sözü ilə liseyin direktoru Mehman Allahverdiyev açdı. O, çıxışında hər kəsi təbrik edərək, Gəncə İdman Liseyinin müəllim- şagird kollektivi adından qəlbi Azərbaycan ilə döyünən hər bir kəsin bayramını təbrik etdi.

-Qoy bu yeni il sizlərə mənəvi bərəkət və uğurla bəzənmiş günlər bəxş etsin. Həmkarlarımızın bayramını  xüsusilə təbrik edirik. Müəllim cəmiyyətin önündə gedən qüvvədir və onlar vətənimiz üçün hərtərəfli inkişaf etmiş savadlı, sağlam, əqidəli insanlar yetişdirən müqəddəs məslək sahibidir. Əziz müəllimlər, bu yeni il təhsilimizə və sizlərə xoş uğurlar və gözəl günlər nəsib etsin!

Daha sonra şagirdlərin hazırladığı bir-birindən maraqlı, əyləncəli rubrikalar tədbri bəzədi. Milli rəqslər, mahnılar və əyləncəli səhnəciklər Yeni il şənliyinə maraq qatdı. Şaxta baba və Qar qızın şagirdlərlə keçirdiyi oyunlar tədbirə xüsusi rəng qatdı. Şaxta baba və Qar qız şagirdlərlə dövrə vuraraq  rəqs  etdilər.

Ənənəvi Yeni il şənliyi şagirdlərin hazırladığı rəngarəng  rəqs və çıxışlarla davam etdi.

Sonda liseyin rəhbərliyi tərəfindən fəal şagirdlərə, müəllimlərə və idmançılara mükafatlar  təqdim olundu.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.