Gəncə Dövlət Dram Teatrı ilə Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrı arasında Memorandum imzalanıb

11 aprel 2022-ci il tarixində Avrasiya Teatrlar Birliyi çərçivəsində Gəncə Dövlət Dram Teatrı ilə Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrı arasında Memorandum imzalanıb.
Memarandumu Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı və Kattakurqan Şəhər DramTeatrının direktoru Batır Tuqalov imzalayıblar.
İmza mərasimində Avrasiya Teatrlar Birliyinin Özbəkistan təmsilçisi Aybek Kopadze, Azərbaycan təmsilçisi Yusif Cəfərov, Gəncə Dövlət Dram teatrının rejissoru Elşad Əhmədov və teatrın kollektivi iştirak ediblər.
Sonra isə qonaqlar yeni tikilmiş teatr binası ilə tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.