Sentyabrın 12-də Elm və Təhsil nazirliyi tərəfindən təşkil edilmiş “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusuna həsr olunan tədbir keçirilib.
Etmtv.news xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri Afət Həsənova, Ceyhun Məmmədov, Fariz İsmayılov, Elçin Mirzəbəyli, ali təhsil müəssisələrinin rektorları, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların rəhbər heyəti və əməkdaşları, təhsil mütəxəssisləri, media qurumlarının rəhbərləri, direktor və müəllimlər iştirak ediblər.
Çıxış və müzakirələrdən sonra tədbir uşaq-gənclər inkişaf mərkəzlərinin ifasında musiqi nömrələri ilə davam edib.



