2023-cü ildə Avropa Badminton Konfederasiyasının konqresi Bakıda keçiriləcək!

Maltanın paytaxtı Valetta şəhərində keçirilən Avropa Badminton Konfederasiyasının illik iclası başa çatıb. Konqresdə ABF prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak ediblər.
2 gün davam edən toplantıda növbəti ildə keçiriləcək konqresə ev sahibliyi edəcək şəhər müəyyənləşib. Avropa Badminton Konfederasiyasının nümayəndə heyətlərinin növbəti, sayca 56-cı görüşü 2023-cü ildə Bakıda keçiriləcək. Mötəbər tədbirə ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından paytaxtımıza verilib.
Konqres çərçivəsində 2022-də müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının mükafatlandırılma mərasimi Bakıda təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.