15 yanvar 2021- ci il tarixdə Gəncə Dövlət Universitetində Pedaqoji fakültə dekanlığının təşkilatçılığı ilə “20 YANVAR ” faciəsinə həsr olunmuş onlayn tədbir keçirilmişdir.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açıq elan edən fakültə dekanı Bayram Apoyev sözü universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyevaya verdi.
Daha sonra fakültə tələbələri Vətənə, şəhidlərimizə həsr olunan şeirləri ifa etdilər.
Sonda fakültə dekanı Bayram Apoyev tədbirin təşkilatçısı – Humanitar məsələlər üzrə dekan müavini Mirvari Rəhimovaya və fəal iştirak edən tələbələrə təşəkkürünü bildirdi.