“20 Yanvar faciəsi tariximizin şərəf və ləyaqət səhifəsidir”

Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxananın Sisteminin Oxu zalında 1 №-li Sənətkarlıq evinin işçiləri ilə birlikdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə Oxu zalının müidiri Sevda Əliyeva açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərkəzi Kitabxananın Avtomatlaşdırma şöbəsinin işçisi Günel Vəliyeva “20 Yanvar faciəsi tariximizin şərəf və ləyaqət səhifəsidir” başlıqlı məruzə ilə çıxış etdi. Günel Vəliyeva məruzəsində sovet imperiyasının öz haqqını tələb edən əliyalın, silahsız xalqa qarşı törətdiyi faciəsindən danışaraq, şəhidlərin xatirəsinin əbədi yaşayacağını qeyd etdi.

Xidmət şöbəsinin işçisi Durdanə Bayramova, 1 №-li şəhər Sənətkarlıq evinin müdiri Nazilə Kazımova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova, Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva məruzə ərtafı çıxışlar edərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş video-çarx izlədilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.