15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş foto-sərgi

Goranboy Dövlət Rəsm Qalereyasında 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş sərgi təşkil edildi. Sərgidə Qurtuluş illərində Respublikamızda gedən iqtisadi inkişafı əks etdirən fotolar nümayiş olundu. Sərginin tamaşaçıları 3 nömrəli orta məktəbin müəllim və şagird kollektivi olmuşdur. Çıxış edən Qalereyanın direktoru Çinarə Abdullazadə Ulu Öndərin fəalliyəti haqqında geniş məlumat verdi. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.