14 fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.

Əlamətdar gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

Bu bayramın əsas məqsədi adından da göründüyü kimi kitab bağışlayaraq, gənc nəsillərin mütaliəyə olan həvəsini daha da artırmaqdır. Bu münasibətlə dünyanın bir çox ölkəsində kitab bağışlama aksiyaları həyata keçirilir. 

Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.