104 saylı Gədəbəy – Tovuz seçki dairəsinin ən gənc namizədi Rəhimzadə Sənan İman oğlu növbəti görüşünü Tovuz rayonunun Dondar Quşçu, Aran yanıqlı, Aşıralılar kendində keçirmişdir. Görüşdə xeyli kənd sakinləri iştirak etmişdir. Təqdimatdan sonra seçiciləri salamlayan Rəhimzadə Sənan İman oğlu ölkə başçısının apardığı yenilikçi islahatlardan, son dövrdə cəmiyyətin böyük ruh yüksəkliyi ilə qarşıladığı sərəncamlarından, gənclərə göstərdiyi xüsusi qayğısından söz açaraq, seçicilərin bu seçkidə aktiv olmağını və onların ölkə başçısına olan böyük inamını ifadə etdi. Gənc namizəd görüşdə əsasən kənd sakinlərini maraqlandıran əsas məsələlərdən danışdı.
Sonra kənd ağsaqqalları çıxış edərək gənc namizədə bu seçkidə dəstək olacaqlarını ifadə etdilər. Sonra özünün seçicilərlə davamlı görüşlərdə iştirak etmək, seçiciləri maraqlandıran məsələləri gündəmə gətirmək, regionun və ümumilikdə ölkənin inkişafına dəstək olmaq, regionun iqtisadiyyatının inkişafı, insfrastruktur layihələrinin hazırlanması və qəbulu üzrə məsələ qaldırılması. aqrar sahənin inkişafına nail olmaq, təhsil sistemi və bu sahədə çalışan işçilərin sosial təminatının yaxşılaşdırıması, səhiyyə sistemi və kəndlərdə tibb məntəqələrin zəruriliyi məsələsi, turizmin, xüsusən də kənd turizminin inkişafı, gənclərə dəstək olmaq, onların sosial təminatının yaxşılaşdırıması məsələlərinin parlament qarşısında qaldırılması, sosial məsələlərin həllinə nail olmaq, təqüdlərin, sosial müavinətlərin artirilması, yeni iş yerlərinin yaradılması məsələsinin qaldırılması, digər infrastruktur sahələrinin inkişafına nail olmaq və s. kimi məsələləri özündə birləşdirən seçkiqabağı platforması ilə seçiciləri tanış etdi.
Rəhimzadə Sənan İman oğlu ona olan etimadı dogruldacağına, daima seçicilərlə mütəmadi görüşəcəyinə söz verdi.