10-cu siniflərə qeydiyyat üçün gecikənlərin NƏZƏRİNƏ!

Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlərin qəbulu 7 noyabr saat 15:00-da dayandırılacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Proses sy.edu.az sistemi vasitəsilə həyata keçirilir. Şagirdlər və valideynlərdən son müraciət tarixini nəzərə almaları xahiş edilir.
Qeyd edilən tarixədək övladlarının qeydiyyatı üçün sistemdə sorğusu təsdiqlənmiş valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul mərhələsini yekunlaşdıra bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.