1-ci Qarabağ müharibəsi şəhidi Vurğun Rzayevin xatirəsi anılıb

1992-ci ildə Vətən haraya çağıranda ona hay verən qorxmaz oğullarımızdan biri də  Biləsuvarın Xırmandalı kəndində doğulub, boya-başa çatan Vurğun Rzayev oldu.  Komisarlıqdan çağırış vərəqini böyük sevinclə qarşılayan 18 yaşlı gənc Vurğun hərbiyə yollandığı ilk gündən könüllü olaraq, döyüş əməliyyatları bölgəsində xidmətə başlayıb. İki il düşmənlə üz-üzə səngərdə dayanan Vurğun canı-qanı bahasına olsa belə doğma torpaqlardan bir qarış geri çəkilmir.Vətənə olan vurğunluğunu cənnət Qarabağımızda şəhadəti ilə sübut edir.

Ətraflı vidosujetdə:

Qəhrəmanımızın şəhadətinin 28-ci ildönümündə ata ocağına toplaşan rayon ziyalıları, doğmalar, döyüş yoldaşları, qazi və veteranlar Vurğunun məzarını ziyarət ediblər. Cəsur döyüşçünün heyratamiz Vətən sevgisindən, qorxmazlığından ürək dolusu danışıblar.

Anım mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından şəhid anası Mənsumə Rzayevaya Fəxri Fərman təqdim edilib.

Vətənin Vurğun oğulları, bu gün sizin ruhunuz şaddır! Çünki, hər qarışı üçün şərəflə mübarizə apardığınız Vətən torpaqları artıq işğaldan azaddır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.