Ətraf mühitin çirklənməsi və ekoloji problemlər

Son illərdə “ekologiya” kəlməsini tez-tez eşidirik və istifadə edirik, lakin çətin ki, hamı bunu eyni şəkildə başa düşür. Hətta mütəxəssislər belə bu konsepsiyayanın  hansı məna daşıdığı barədə mübahisə edirlər. Bununla yanaşı, mütəxəssis olmayanlar belə ekoloji  minimumun nə olduğunu artıq anlayırlar: təmiz hava ilə nəfəs almaq, təmiz su içmək, orqanizm üçün ziyanlı olan yeməklərdən uzaq qaçmaq və sair…

Son illərdə ətraf mühitin təmizliyinin həyatımızdakı rolunu  anlamağa, bəşəriyyətin öz taleyinə, biosferanın taleyinə, bütün planetin taleyinə görə məsuliyyətini dərk etməyə başlamağımıza baxmayaraq, biz hələ də onu tam qorumaqdan çox uzaqıq.

Təbii ki, artan ekoloji problemlərlə yanaşı, insanlar ekologiya üçün daim yeni çətinliklər yaratmağa davam edirlər. Bu fəsadların aradan qaldırılmasında dövlətlər böyük çətinliklərlə qarşılaşır, bəşəriyyət həddən ziyadə  səy  göstərməklə, ölçüyə gəlməz miqdarda maliyyə vəsaiti sərf edir. Göründüyü kimi, bütün ekoloji problemlər, ilk növbədə, bir-biri ilə əlaqəli iki əsas amilə aid edilə bilər: iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi.  İqtisadiyyatın inkişafı, demoqrafik artım, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər də ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosferə zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur..

Dünyadakı iqlim dəyişikliyi və ətraf mühitin pozulması ilə bağlı məsələlər sivil ölkələrin sakinləri arasında artan narahatlığa səbəb olur. Ətraf mühitin çirklənməsi litosferə, hidrosferə, atmosferə, biosferaya, binalara, tikililərə və nəticədə insanın özünə zərərli təsir göstərir. Alimlərin fikrincə, 1970-ci ildə onlar 40 milyon ton hesablanmışdı, 21-ci əsrin əvvəlində isə onların həcmi artaraq artıq 100 milyardlarla tonu ötüb . Belə çirklənməyə əsas səbəblərdən biri də insanların təlabatını ödəyən qida və yeyinti  istehsalı tullantıları vəya istehsalat prosesində yaranan və nəhəng ölçüdə təbiətə təkrarən tullantı kimi qayıdan məhsulların yığnağının yaratdığı fəsadlardır.

Bəşəriyyət tərəfindən sintez edilmiş və əvvəllər təbiətdə olmayan kimyəvi maddələrin ətraf mühitə daxil olması da xüsusilə təhlükəlidir. Onların çoxlu sayda çirkləndirici növləri var. Torpağın çirklənməsi irrasional təbiətin idarə olunması nəticəsində baş verir. Bu çirklənmə savadsız əkinçilik, torpaqların pozulması, tikinti və mədənçilik nəticəsində yaranır. Bunun nəticəsində də məhsuldar və məhsuldar olmayan torpaqlar yaranır.Torpağın çirklənməsinin vacib bir səbəbi sənaye və kənd təsərrüfatı tullantıları, məişət zibili, gübrələrdən düzgün olmayan istifadədir.

Torpağın çirklənməsinin  digər vacib bir səbəbi də sənaye və kənd  təsərrüfatı tullantıları, məişət zibili, gübrələrin düzgün tətbiq olunmamasıdır. Ekologiyaya zərər vuran əsas çirkləndiricilər gübrələr, pestisidlər, radioaktiv maddələrdir. Hidrosferin çirklənməsi isə ilk növbədə çirkab suların çaylara, göllərə və dənizlərə axıdılması nəticəsində baş verir.

Ətraf mühitin çirklənməsi və təbii sərvətlərdən qeyri-məqbul istifadə istehsalın inkişafına mane olur və insanların həyatına təhlükə yaradır. Bu, həm də insan faktorunun ətraf mühitə mənfi  təsiri ilə də bağlıdır. Buna görə təbiəti qorumaq üçün bütün dünyada kütləvi  hərəkat başlayıb. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyəti və bəzi inkişaf etməkdə olan ölkələr dövlət ekoloji siyasətini daha sürətlə həyata keçirməyə başlamışlar. Ətraf mühit haqqında daha sivil və müasir qanunlar qəbul edilmiş və müxtəlif dövlət ekoloji orqanları yaradılmışdır. Nəticədə, artıq 21-ci əsrin əvvəlindən başlayaraq, dünyanın bəzi bölgələrində ətraf mühitin çirklənməsi getdikcə azalmağa başlamışdır. Bununla belə, əksər ölkələrdə ekoloji vəziyyət yenə də gərgin olaraq qalmaqdadır. Ayrı-ayrı ölkələrin bu sahədə etdiyi səylər isə  ekoloji siyasət üçün qeyri-kafi olmuşdur. Ekoloji problemlərin tam həlli üçün bütün dünya dövlətlərinin  birgə səyləri lazımdır. Bu gün nəinki təbil zənginin çalınmasının, həmçinin həqiqi əməllərlə təbiətə olan borcumuzun ödənilməsinin vaxtı gəlib çatmışdır. Ətraf mühitin çirklənməsi günü-gündən qlobal xarakter alır, o əslində milli sərhədlər tanımır. Ekologiyanın çirklənməsinin  böyüməsi biosferin, o cümlədən, bütün bəşəriyyətin mövcudluğu üçün təhlükəyə çevrilir.

Ətraf mühitin qorunması uğrunda mübarizədə fəal iştirak edən ölkələr arasında Azərbaycan Respublikası da xüsusi və önəmli yer tutur. Ölkədəki ekoloji məsələlərə dair hökumət qərarlarının icrasını izləmək və onları müvəffəqiyyətlə həyata keçirtmək üçün böyük  səy göstərən  Azərbaycan Respublikasının  Ekologiya və Təbii Sərvətlər Nazirliyi  öz işini günün tələbləri səviyyəsində qurmuş və  qarşısında duran təxirəsalınmaz işləri uğurla yerinə yetirməkdədir. Son illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir çox istiqamətlərdə saysız-hesabsız layihələr həyata keçirmişdir. Görülən bu işlər təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə ətraf mühitin komponentlərinin bərpasında böyük rol oynamış və respublikamızın ərazisində ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasında böyük  irəliləyişlərə səbəb olmuşdur. Bu, əlbəttə ki, bizi sevindirir.

Məhəmməd Adiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.