“Ətraf Mühit və Mən 2” layihəsinə qeydiyyat başladı

Ətraf Mühit və Mən 2 layihəsinə qeydiyyat başladı.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə könüllü gənclər üçün Şamaxı şəhərində düşərgə təşkil olunacaq. Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”Dövlət Proqramının vəzifələrindən olan -2.1.17-ci bəndi, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 13-cü məqsədi əsas tutaraq könüllü gənclərin ətraf mühit sahəsində maariflənməsindən bəhs edir.

Düşərgədə (23-26 avqust 2019, Şamaxı) iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyat keçə bilərlər .
Yaş həddi 18-23 yaş.
Son müraciət tarixi: 15 avqust 2019.

Orxan Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq Fakultəsinin 2-ci kurs tələbəsi, “Odlar Yurdu “Gənclər İctimi Birliyinin könüllülər üzrə koordinatoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.