Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Ötən həftənin əvvəlində yoluxma sayı 200-ə yaxın idisə həftə sonu rəqəmlər biraz da yüksələrək 400-ü keçdi.
Etmtv. news xəbər verir ki, həkim – infeksionist Vüqar Cavadzadə Xəzər TV-yə müsahibəsində karantin qaydaları yumşaldılanda və sərtləşdiriləndə bunun fərqini açıq-aydın hiss etmək olduğunu bildirib: -“Əgər artım belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq”. – Vüqar Cavadzadə qeyd edib.
Vüqar Cavadzadə ölkəmizdə aparılan vaksinasiya prosesindən də danışıb. Risk qrupuna daxil olan şəxslərin vaksinasiya etdirməsinin vacibliyini qeyd edib.
-“Dövlətimiz tərəfindən ölkəmizə kifayət qədər vaksin gətirilib. Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər”.- İnkesionist bildirib.