Əməkdar artist yubileyini tamaşaçılarla qeyd edəcək

Dekabr ayının 25-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında quruluşçu rejissor Samir Qulamovun səhnələşdirdiyi “Paris Notr-Dama ithaf” tamaşası  nümayiş olunacaq.

Səhnə əsərinin bu dəfəki nümayişi teatrın aktyoru, Əməkdar artist Nadir Xasiyevin 60 illik yubileyi münasibəti ilə təqdim olunacaq.

Tamaşadan öncə teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa  Mühacirova çıxış edəcək, aktyorun yaradıcılığından danışacaq.

N.Xasiyevlə bu səhnə əsərində aktyorlar-Aydan Həsənova, Nicat Əli, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Telnaz Hüseynova, Şaban Cəfərov, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, teatrın xor və balet artistləri də iştirak edəcəklər.

“Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.