Əli Əhmədov: “Ermənistan mülki şəxslərin öldürülməsinin ağır nəticələrini görəcək”

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və partiyanın İcra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqa rəsmi şəxslər Ermənistan ordusunun raket hücumlarına məruz qalan Gəncəyə gedib.

Etmtv. news xəbər verir ki, rəsmilər raket zərbələrinin səbəb olduğu dağıntıların olduğu əraziyə baxış keçirərək, gül dəstələri qoyublar.

Onlara hadisə haqqında ətraflı məlumat verilib.

– “Ermənistan hakimiyyətinin hərbi və siyasi rəhbərliyi Gəncə və ölkəmizin digər bölgələrində mülki vətəndaşlarımızın xain cəsinə öldürülməsinin ağır nəticələrini görəcəklər.”

Bu fikirləri Gəncə şəhərində səfərdə olan və raket zərbəsinə məruz qalan əraziyə baş çəkən baş nazirin müavini Əli Əhmədov bildirib.

“Bu insanlığa sığmayan qətilləri törədənlər Ermənistanın hərbi və siyasi rəhbərliyidir. Onlar ən ağır cəzalarını alacaqlar, necəki alırlar. Azərbaycan höküməti bu hərbi cinayəti törədən Ermənistanın hərbi və siyasi rəhbərliyinin beynalxalq hüquq qarşısında da cavab vermələri üçün əlindən gələni edəcək”, – deyə Ə.Əhmədov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.