Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə çıxarışların verilməmsi müzakirə mövzusuna çevrilib.
Etmtv. news “Yeni Sabah”-a istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti avqustun 7-də binanın istismarına icazə verildiyini bəyan edib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi isə KİV-ə Dövlət Dəstəyi Fondunun müvafiq sənədləri onlara təqdim etmədiyi üçün “kupça”nın verilmədiyini elan edib.
Bununla belə, dünən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlərə verilən evlərin xidməti ev olduğunu bildirib.
Yaranmış məsələyə ilə bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Yenicag.az”a açıqlama verib. Əfalatun Amaşov həmin mənzillərin Azərbaycan prezidenti cənab İlham Əliyevin Azərbaycan jurnalistlərinə əvəzsiz hədiyyəsi olduğunu deyib:
“Bu eyni zamanda Azərbaycan dövlətinin media siyasətinin mühüm tərkib hissəsidir. Bina jurnalistlər üçün tikilib. Verilən mənzillər də jurnalistlərindir. O ki qaldı sənədləşmə məsələsinə, narahatçılığa əsas olmamalıdır. Yaranmış məsələ qanunlarımız çərçivəsində öz həllini tapacaq” – Əflatun Amaşov məsələyə münasibətini bildirib.