“Xosrov və Şirin” serialı çəkilir

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən “Xosrov və Şirin” adlı bədii serial çəkilir. 

Serialda poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub.

Baş rollarını Rüstəm Cəbrayılov və Kəmalə Piriyevanın canlandırdığı serialda cəsarətli səhnələrin də olduğu bildirilir.

Bədii serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, quruluşçu operator Elman Əliyev, senari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullazadədir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.