Xəzər Universiteti Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlığa dair saziş imzalayacaq

Xəzər Universiteti ilə Moskva vilayətindəki Dubna elmi şəhərciyində fəaliyyət göstərən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanacaq. Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı deyib.
Dubnada keçirilən “Fiziklər və liriklər: MDB ölkələrində elm və ədəbiyyat sahəsində dünya təcrübəsi və reallıq” mövzusunda beynəlxalq elmi seminarda iştirak edən H.İsaxanlı bildirib ki, bu barədə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev və institutun baş elmi katibi, professor Aleksandr Sorin ilə danışıqlar aparıb.
“Birləşmiş Nüvə Tədqiqatları İnstitutu dünyanın tanınmış elmi mərkəzlərindən biridir. Xəzər Universiteti isə beynəlxalq əməkdaşlıq ocağıdır. Universitetimizdə dünyanın bir çox ölkələrini təmsil edən müəllimlər işləyir, əcnəbi tələbələr təhsil alırlar. Düşünürəm ki, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə elmi əməkdaşlığımız Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin inkişafına, təbiət elmləri sahəsində elmi kadrların hazırlanması işinə mühüm töhfə olar”, – deyə H.İsaxanlı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.