“Virtual məktəb”lə bağlı 146-4 “Qaynar xətt” xidməti istifadəyə verilir

Sentyabrın 15-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi ilə bağlı  146-4 “Qaynar xətt” xidməti istifadəyə veriləcək.

Bu haqda Təhsil Nazirliyi məlumat yayıb.

“Qaynar xətt”in yaradılmasında əsas məqsəd “Virtual məktəb”lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı  və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

Yeni xidmət  I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.