UNESCO Ukraynada işləyən jurnalistlərə zirehli gödəkçə verəcək

UNESCO Ukraynada fəaliyyət göstərən jurnalistlərə zirehli gödəkçə və dəbilqə verəcək. Bunu qurumun baş katibi Odre Ozule bildirib. 

“Jurnalistlər hər gün həyatlarını təhlükəyə ataraq Ukraynadakı müharibə reallıqlarını dünyaya çatdırırlar. Minlərlə media işçisi Ukraynada heç bir fərdi mühafizə vasitəsi olmadan çalışır” – Ozule qeyd edib.

Qurum ilk mərhələdə 125 jurnalisti gödəkçə və dəbilqə ilə təmin edəcək.

Xatırladaq ki, Ukraynada mart ayında peşə fəaliyyətini yerinə yetirərkən 5 jurnalist həlak olub. (“Figaro”)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.