Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ekskursiya təşkil olundu

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə şəhər 22 №-li, 4 №-li tam orta məktəbin və Xocalı rayon Yaloba kənd orta məktəbinin müəllim və şagirdləri Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

Mərkəzin bələdçiləri Sevinc Əhmədova və Könül Süleymanova qonaqlara Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar haqqında geniş məlumat verdilər.

Ekskursiyadan sonra Xocalı rayon Yaloba kənd orta məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlərlə çıxış etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.