U-17 Avropa çempionatının qalibi Camal Abbasovun Gəncədə qarşılanma mərasimi təşkil olunub

Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının qalibi Camal Abbasov doğma vətənə qayıtmağı münasibətlə idmançının Heydər Əliyev Park-kompleksinin girişində Zəfər Tağının önündə qarşılanma mərasimi keçirilib. Mərasimdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbi PHŞ-n direktoru Ramil Qasımov həmçinin şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Baş İdarə rəisi Həmid Nəsirov çıxış edərək, C.Abbasovu Avropa çempionatının qalibi olmağı münasibətilə təbrik edib və ona gələcək yarışlarda uğurlar arzulayıb. Həmçinin, şəhərin idman ictimaiyyətinin nümayəndələri də çıxış edərək, gənc idmançımızın uğuruna sevindiklərini və gələcəkdə bundan da böyük qələbə qazanacağına əmin olduqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.