Türk jurnalistləri Gəncədə oldular

Türkiyənin tanınmış media mənsubları Gəncə şəhərində erməni terroru nəticəsində dağıdılan evlərə baş çəkib.

Etmtv. news xəbər verir ki, qardaş ölkənin bir qrup media rəsmiləri atılan raket zərbəsinin düşdüyü əraziyə baş çəkib.

Mətbuat nümayəndələrinə hadisə barədə ətraflı məlumat verilib, öldürülən günahsız insanların mülki vətəndaşlar olduğu diqqətə çatdırılıb.

Türkiyə mediasının təmsil edən rəsmilər bildirib ki, münaqişə başlayan gündən indiki dövürədək bütün prosseslər ciddi izlənilir. Azərbaycan həqiqətlərinin dünya içtimaiyyətinə çatdırılması üçün Türkiyə jurnalistləri tərəfindən geniş məlumatlar yayılır.

Türkiyəli mətbuat nümayəndələri raket zərbələrinin düşdüyü digər ərazilərədə də olub. Burada da vətəndaşlarla görüşlər keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.