Toylara icazə verilir? – İndidən növbəyə yazılırlar…

Kütləvi peyvəndləmənin aparılacağı xəbəri toy sektorunda canlanmaya səbəb olub.

Etmtv. news Open.az-a istinadən xəbər verir ki, toy sahibləri şadlıq evlərinə gələrək öncədən növbəyə yazılıblar. Şadlıq evi işlədən sahibkarların verdiyi məlumata görə, rəsmi səviyyədə peyvəndləmə qərarından sonra zənglərin ardı-arası kəsilmir. Toy etmək arzusunda olanlar indidən növbəyə yazılırlar.

Toyun qiymətlərinə gəldikdə isə, şadlıq evinin sahibi bildirib ki, bu, Operativ Qərargahın qərarından asılı olacaq. Əgər toyda iştirak edəcək şəxslərin sayında ciddi azalmalar olarsa, qiymətlərin qalxması qaçılmazdır.

Şadlıq evi işlədən şəxslər onu da bildiriblər ki, artıq yay aylarından etibarən aidiyyatı qurumların nümayəndələri obyektin insan tutumu il bağlı məlumat toplayıblar. Toyda iştirak edəcək qonaqların say məhdudiyyətinin həmin məlumatlar əsasında aparılacağı deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.