“Tarixin Sıfır Nöqtəsi” adlı fotosərginin açılış mərasimi

Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində Türkiyə Respublikası Mədəniyyət Nazirliyi, Yunis Əmrə İnstitutu Bakı nümayəndəliyinin təşkilatçılığı, Gəncə şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə “Tarixin Sıfır Nöqtəsi” adlı fotosərginin açılış mərasimi oldu.

Mərasimdə Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu cənab Zeki Öztürk çıxış edərək sərgiyə gələnləri salamladı və sərgi haqqında məlumat verdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxış etdi.

Fotosərgi Gəncə şəhər İcra Hakimiyyəti rəsmiləri, şəhər ziyalıları, mədəniyyət  və incəsənət işçiləri tərəfindən böyük maraqla qarşılandı.

Sərgi dekabr ayını 23-dək davam edəcəkdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.