Təhsil İnstitutu mütəxəssis vəzifəsinə vakansiya elan edib

Təhsil İnstitutu Məktəbəqədər təhsilin inkişafı şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

İnstitutdan bildirilib ki, uyğun gələn mütəxəssis Məktəbəqədər təhsilin inkişafı şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq araşdırma aparacaq, araşdırmanın nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə əsasən məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi və yeni yanaşmaların tətbiqi istiqaməti üzrə təkliflər verəcək, metodik tövsiyələrin yazılmasına cəlb olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlərin ali pedaqoji təhsili, təhsil sahəsində 3 ildən çox təcrübəsi, təhsil siyasəti və məktəbəqədər təhsil pilləsində məzmun, təlimin inteqrativ təşkili, təlim metodları və uşaq inkişafının dəyərləndirilməsi üzrə bilikləri, erkən uşaq inkişafı, məktəbəqədər psixologiya və pedaqogika, eləcə də müasir pedaqoji yanaşmalar barədə məlumatlılığı olmalıdır. Həmçinin analitik və empirik araşdırmalar aparmaq, əməkdaşlıq və komandada işləmək, kompüter proqramları üzrə bacarıqları olmalıdır. Bundan başqa, namizəddən Azərbaycan və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (rus dili arzu olunandır), yeniliyə və peşəkar inkişafa açıqlıq və təhsil sahəsində işləmək həvəsi tələb olunur.

Tələblərə uyğun gələn şəxslərdən mayın 27-dək CV-lərini n.bayramli@arti.edu.az ünvanına “Mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.