Sürətli yerimək hansı XƏRÇƏNG RİSKİNİ azaldır? – Alimlər açıqladı

ABŞ, Avropa və Avstraliya alimlərinin apardığı araşdırma göstərib ki, sürətli və templi gəzinti bağırsaq, süd vəzi, böyrək, qaraciyər, uşaqlıq və limfoma xərçəng növlərinin inkişaf riskini azalda bilər.

Etmtv. news xəbər verir ki, araşdırmada 750 mindən çox yetkinin sağlamlıq məlumatları nəzərdən keçirilib.

Sağlamlıq mütəxəssisləri müəyyən edib ki, aktiv həyat tərzi xərçəng növlərinin inkişaf riskini azaldır. Məlum olub ki, məşq süd vəzi xərçənginə tutulma riskini 6-10 faiz, qaraciyər xərçəngini 18-27 faiz aşağı salır.

Tədqiqatçıların sözlərinə görə, hər gün ən az 20 dəqiqəlik sürətli yürüşə çıxan insanlarda sadaladığımız xərçəng növlərinə daha az rast gəlinir. (publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.