Səhiyyə İdarələri niyə ləğv olundu?- Onları güllələmək də azdır!

30 il bundan əvvəl Sovetlər Birliyi dağılanda səhiyyəmiz də müstəqillik qazandı. Sanki onların əlindən kimsə tutub saxlamışdı. Necə deyərlər, cin şüşədən çıxdı. Tanıdığımız, hörmətlə yanaşdığımız, sevdiyimiz həkimlər illər ötdükcə dəyişməyə başladı. Özü də pis tərəfə. Hippokratın andına həqiqi sədaqət (görən bizdən başqa ona and içənlər varmı?) qaldı ya sovetlər birliyində, yada ki, cavan həkimlərdən başqa heç kimi maraqlandırmadı. Düz 30 ildir ki, cin öz işindədi. Ona şeytan da qoşulub, iblis də, inkir-minkir də.

Demək olmaz ki, həkimlərin hamısı pisdir. Belə demək olmaz. Məhz onların sayəsində minlərlə xəstələr şəfa tapıb. Şəxsən mən həkimlərin səyi sayəsində neçə illərdir ki, yaşam ömrümü davam etdirirəm. Onlara dərin təşəkkürümü bildirməklə bərabər, gələcək həyat yollarında davamlı xarizmatik ömür arzulayıram.

Bakı Baş Səhiyyə İdarəsi, Sumqayıt şəhər Səhiyyə şöbəsi və Gəncə şəhər Səhiyyə İdarəsi ləğv edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin əmri ilə, ləğv edilən şöbə və idarələrin əvəzinə Bakı Baş Səhiyyə Mərkəzi, Sumqayıt və Gəncə şəhər Tibb Mərkəzləri publik hüquqi şəxs yaradılıb. Yəqin ki, dövrün tələblərinə cavab vermədiyi üçün bu idarələrin ləğv edilməsi… məqsədəuyğun sayılıb.

Bu, rəsmi məlumatlardan götürülmüş sətirlərdir. Bəs insanlar bu xəbərə necə münasibət bəsləyir?

Xəbər o qədər qısa və cansızdır ki, insanların böyük kütləsinin heç bundan xəbəri də yoxdur. Artıq səhiyyə işçilərinin taleyinin onlar üçün elə bir fərqi də yoxdur – insanlar onların əlindən zara gəlib, son aylar onlardan olan narazılıqlar da pik həddə çatıb. İnsanlar, köhnə terminlə deyilsə, VTEK-lərə, Səhiyyə İdarələrinin başbilənlərinə, xəstəxana və poliklinika rəhbərlərinə öz narazılıqlarını açıq şəkildə ifadə edirlər. İstənilən səhiyyə ocağına girirsən, qarğış və söyüşün “dəstəsi” … ən ucuz qiymətə. Bəs bunun kökündə nə durur? Bir vaxtlar sevilən həkimlər niyə belə nifrətə layiq olublar? Düzü indi onların çoxu daha həkim sifətindən də çıxıb, üzlərindən biznesmenlik, korrupsionerlik, rüşvətxorluq, əclaflıq, şərəfsizlik yağır. Otaqlarına girəndə qorxursan, elə bil “gestapo”ya girmisən, bu dəqiqə durub səni şaqqalayacaqlar…

Bir sözlə, el dilində deyilsə, onların böyük hissəsinin  “başının gülləsi əskikdir”.

Xəstəliklərdən, pis vərdişlərdən qaçmaq, sağlamlığımızı qorumaq mümkündür, Rüşvətxor, xəstənin taleyinə biganə qalan, onlara yalnız “pul, qazanc mənbəyi” kimi baxan həkimlərdən qaçmaq mümkünsüzdür. Xəstəxanaya, poliklinikaya üz tutan xəstələr məhz kimin əlinə düşəcəkləri qorxusundan çox vaxt stress keçirtməkdədirlər. Artıq insanların şüurunda ideal həkim obrazını canlandırmaq müşkül məsələdir. Hətta, öz pasiyentlərinə münasibətdə ən gözəl hisslərini, tibbi etika nümayiş etdirsə belə, onlar həkimə etibarsız yanaşacaqlar. Ona inanmayacaqlar. Çünki bilirlər:- on həkimdən 9-u onlara “pul oxuyacaq”, özünün və dostlarının apteklərdə satışda olan dərmanlarını xırıd etmək üçün səhv resept yazacaq. .. Min hoqqalardan çıxacaq… Çünki, pul, özü də çoxlu qazanmaq istəyir və üstəlik baş həkimin payını da çatdırmalıdır. Bir xəstə pulsuz  əməliyyata girə bilməz. Pulunu da alarlar, hələ bir canını da. Sanki, bu həkimlər başqa bir millətin övladlarıdır, özlərinin də təmsil etdikləri xalqın nümayəndələri deyillər. Doğrudan da, niyə özlərini düşmən xalqın nümayəndəsi kimi aparırlar? Niyə bu illər ərzində öz xalqının sağlamlığına, taleyinə belə düşmən mövqe nümayiş etdiriblər?- suallar çoxdur. Ancaq, bununla söhbətin mahiyyəti dəyişməyəcəkdir.

Tibbi etika etikanın tərkib hissəsi, şaxəsi, əxlaq fəlsəfəsidir. Bu, səhiyyədə müxtəlif növ təcrübədə xeyir və şər məsələlərinə fəlsəfi prizmadan baxışdır. Yox, əgər, həkim tibbi etikaya malik deyilsə, onda o kimdir?!. İstənilən insan bu suala asanlıqla cavab  verə bilər. Bundan ötrü heç hər şeyi çılpaqlığı ilə yazmağa da ehtiyac yoxdur. Müasir tibbin belə sürətli inkişafı dövründə belə bu əxlaq kodeksi öz aktuallığını itirməmişdir. Bu kodeksə həkimin peşə borcu anlayışı da daxildir. Hər bir sahədə olduğu kimi, tibb aləmində də özünəməxsus davranış qaydaları, norma və çərçivələr vardır ki, bu da həkimlərin ən üstün cəhətlərini özündə cəmləşdirir, birləşdirir. Bəs özünə həkim deyən, xəstələr adlanan təqaüdçülərin xəstəlik dərəcəsini  guya ki, “aydınlaşdırıb”, xəstələrin təqaüdlərini qəsdən kəsən, min hoqqalardan çıxan, pul alıb sağlam insanlara xəstəlik dərəcəsi təyin edən həkimlər necə, hansı əxlaqa sahibdirlər? Onlara nəzarət edən Səhiyyə İdarələri necə, bütün bunları görüb, bilib, peşəsinə, işinə, dövlətinə, xalqına xəyanət nümayiş etdirərərkən hansı əxlaqi fəlsəfəni sərgiləmiş olurlar? Onların cəzası nə olmalıdır, sualına isə şəxsən mənim fikirim birdir:- Məsələn, Gəncə Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov və onun əlaltıları ən ağır cəzaya çatmalıdır. Heyf ki, bizim ölkədə güllələnmə cəzası ləğv olunmuşdur. Mən onu sadə xalqın gözü qarşısında güllələnməsinin belə tərəfdarıyam. Cəmiyyət korrupsiya girdabında batmış, həkim olsa da həkimlik peşəsinə heç bir başıucalıq gətirməyən bu insanlardan tədric edilməlidir. O, tək deyildir, bütün bölgələrin Səhiyyə İdarələrinin rəhbərləri bu illər ərzində xalqına qarşı eyni cinayətləri etmiş, öz xalqına qarşı eyni genosidi törətmişlər.

Bu gün səhiyyə sistemində böyük dəyişikliklər gedir. Dövlətimiz bu sahəyə nəzarəti günü-gündən gücləndirməkdədir. Elə Səhiyyə İdarələrinin ləğv edilməsi də bu sahədə aparılan işlərin nəticəsi olaraq yaddaşlarda qalacaqdır. Bununla belə, təqaüdlərin yalnız pul aldığı insanlara “paylanılması”, əsl xəstələrin təqaüd almaq imkanından məhrum edilməsi də onlar üçün on illər ərzində etdikləri cinayətlərini ört-basdır etmək cəhdindən başqa bir şey deyildir.

Necə deyərlər, “mavr gəldi, öz işini gördü, mavr getdi”…

Amma onların hamısının “getmə”si heç də real görünmür. Korrupsiya nərdivanında onlara yenə də hansısa pillə tapılacaqdır. Bunu zaman da  göstərəcəkdir.

Mövzuya qayıdacağıq…

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.