Rusiyanın tarix kitablarında Ermənistan sözü “İrəvan xanlığı” olaraq DƏYİŞDİRİLDİ

Rusiyanın tarix dərsliyində Türkmənçay müqaviləsi ilə bağlı edilən düzəliş Ermənistanda müzakirə mövzusuna çevrilib.

Bu haqda jurnalist Asif Nərimanlı öz sosial şəbəkə qeydində bildirib.

O, müqavilənin 193-cü ildönümü tarixindən bir həftə əvvəl (10 fevral) Rusiyanın 9-cu sinif üçün nəzərdə tutulan “Rusiya tarixi. XIX-XX əsrin başlanğıcı” dərs vəsaitində “Rusiya Şərqi Ermənistana doğru çəkildi” qeydində “Şərqi Ermənistan” ifadəsinin silindiyini, əvəzində “İrəvan və Naxçıvan xanlığı” ifadəsi yazıldığını qeyd edib:

“Rusiya Təhsil Nazirliyi bunu belə izah edir ki, SSRİ dövründə bu ərazilər tarix kitabında “Şərqi Ermənistan” kimi göstərilirdi, lakin müqavilənin mətnində belə ifadə yer almadığı üçün dərsliyə düzəliş edilib.

Ermənilər bu izahı qəbul etmək istəmir və düzəlişi özlərinə qarşı “sui-qəsd nəzəriyyəsi” kimi qiymətləndirirlər. İddia edirlər ki, Azərbaycanın İrəvanı tarixi torpağı adlandırması fonunda rusların etdiyi onlar üçün təhlükəli gələcək vəd edir. Rusiyanın tarixi düzəlişi məhz indi – 44 günlük müharibədən sonra etməsi maraqlıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.