Rus dramasında “Stalin” tamaşası təxirə salındı

Ötən günlərdə premyerası keçirilən, dram əsərinin müəllifiliyi Xalq yazıçısı Elçin Əfəndiyevə aid olan, “Stalin” tamaşası Rus Dram Teatrının səhnəsindən yığışdırılıb. Tamaşanın növbəti nümayişi yanvarın 15-də keçirilməliydi. Bilet alaraq səbrsizliklə tamaşanı izləyəcəyini gözləyən teatr sevərlər üçün bu xəbər çox üzücü olub.

Tamaşanın nümayişinin qadağan edilməsi teatr truppasında bir neçə aktyorun COVİD-19 virusuna yoluxması ilə bağlıdır.
“Sabahkı tamaşanın 3 aktyoru COVİD-19 a yoluxub. Ona görə də tamaşanın vaxtı təxirə salınıb. Bu haqda teatr tərəfindən ictimaiyyətə məlumat veriləcək”.- Elçin Əfəndiyev mətbuata açıqlamasında bildirib.

Teatrdan verilən məlumata görə  teatr bağlıdır. -Tamaşalar keçirilməyəcək. Alınmış biletlər “Mall’da yerləşən bilet məntəqəsində qaytarıla bilər. Online alanlar isə “İtciket” veb-səhifəsindəki əlaqə nömrələrinə müraciət etsinlər. Bağlı olma səbəbi haqqında isə məlumatımız yoxdur. -teatrdan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.