Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi adlı layihənin müsahibə mərhələsi yekunlaşdı

Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi” adlı layihənin müsahibə mərhələsi yekunlaşdı.

Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan layihənin qeydiyyat mərhələsində ümumilikdə 300-ə yaxın gəncin müraciəti qeydə alındı.

Layihənin rəhbəri Ruslan Vəliyevin verdiyi məlumata əsasən layihənin keçirilməsində məqsəd region gənclərinin tibbi biliklərinin artırılması, tibb sahəsində aparılan islahatların gənclərə çatdırılması və bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla aşılanması, gənclərin şəbəkələşməsini təmin etdirilməsi və bu kimi məsələlərin həllində gənclərin rolunun artırılmasından ibarətdir.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının binasında beş gün müddətində müxtəlif mövzularda təlimlər keçiriləcək, sonda iştirakçılar sertifikat ilə təltif olunacaqlar. Həmçinin, layihənin davamlılığının təmin olunması məqsədilə fəallığı ilə seçilən layihə iştirakçıları Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər.

Qeyd edək ki, 5 gün müddətində layihənin müsahibə mərhələsi keçirildi və uğurlu hesab edilən gənclər fevral ayının 24-28 tarixlərində keçiriləcək təlimlərdə iştirak hüququ qazandılar.

P.S. Seçilən gəncləri təbrik edirəm! Əminliklə bildirirəm ki, regionda ilk olan bu layihə nəticəsində gənclərimiz həqiqətən maariflənəcəkdir.

Ruslan Vəlyev, ADAU-nun 4-cü kurs tələbəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.