Fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin yeni kitabı “Düşüncə Vadisi” işıq üzü görüb.
Etmtv.news Kulis.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin təşəbbüsü ilə Təbriz şəhərində “Bahar Doxt” nəşriyyatı tərəfindən çap olunmuşdur.
“Düşüncə Vadisi” müəllifin aforizmlərindən və lirik-fəlsəfi ikiliklərindən seçilmişdir. Bütöv Azərbaycan mədəniyyətinin dəyərlərini daşıyan bu kitab tanrısallıq mehvərində əl-ələ tutan İnsanla Varlığın araçılarsız dialoqunun bir örnəyidir.