Putinin gizli iş otağı – Özü göstərdi

Rusiya Prezidenti Vladimir Putin “Rusiya 1” telekanalının müxbirlərinə virtual müsahibə verərkən gizli iş otağını göstərib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, müsahibə lentə alınan zamanı dövlət başçısı çəkiliş qrupunu gizli otağına dəvət edib.

“Ancaq sizi xəbərdar edirəm ki, orada heç bir şey (yemək) hazırlamamışam. Buna görə də orada … işçi mühiti hökm sürür”, deyə Rusiya lideri əlavə edib.

O, həmin ünvanda kütləvi toplantı keçirmədiyini deyib – burada yemək və istirahət otağı yerləşir.

Parlaq rənglərlə işlənmiş otağın divarında imperator I Pyotrın portreti asılıb, iş masasının yanında isə prezidentə hədiyyə edilmiş uşaq rəsmləri və sənətkarlıq nümunələri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.