“Plastiksiz həyat uşaqların gözü ilə”

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Plastiksiz həyat uşaqların gözü ilə” rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri barədə uşaqların fikirlərinin öyrənilməsi və rəsm əsərlərində əks etdirilməsindən ibarət olub.

Tədbirdə çıxış edənlər ətraf mühitə həssaslığın artırılması, qorunması, çirklənməsinin qarşısının alınması prosesində gənc nəslin fəal iştirakını vurğulayıb.

Qeyd edək ki, müsabiqədə müxtəlif ümumtəhsil məktəblərindən 53 şagird iştirak edib.

Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunub.

Sonda plastik tullantıların təbiətə, insan sağlamlığına vurduğu zərərdən bəhs edən və plastiksiz həyat tərzini təşviq edən şagirdlərin əl işləri nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.