Planetar təfəkkürlü lider

Ötən gün Prezident İlham Əliyevin BMT-nin Baş katibi Antonio Quterreşlə danışığı zamanı bir daha həmrəyliyin və bəşəri insanlığın xoşniyyətli obrazı dünyaya təqdim olundu. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinin müsbət cavabalandırılması və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəkləməsi Azərbaycanın həmrəylik missiyasının uğurunun göstəricisidir. BMT yaxın günlərdə xüsusi sessiyasını keçirməklə Azərbaycanın dövlət başçısının çağırışını planetar mövzu kimi diqqətdə saxlayacaq. Bu, Azərbaycanın dövlət başçısına olan beynəlxalq etimadın mühüm göstəricisidir, respublikamızın diplomatik uğurlarının davamıdır. Azərbaycanın yürütdüyü sülhpərvər və humanizm siyasətinin beynəlxalq birliyin mükəmməl qiymətidir.
BMT-nin Baş katibi ilə görüş təsdiqləyir ki, Azərbaycan Prezidenti təşəbbüskarlığı və liderliyi ilə dünyada seçilən və beynəlxalq nüfuzu olan siyasi xadimlərdəndir. Onun beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi dərin töhfələr qlobal miqyasda ən yüksək səviyyədə dəyərləndirilir. Azərbaycanın Prezidentinin yürütdüyü xoşməramlı siyasətə gün-gündən beynəlxalq hörmət artır, ən nüfuzlu təşkilatların rəhbərləri, dövlətlərin başçıları Prezident İlham Əliyevin təşəbbüskarlığını etiraf edir, onunla əməkdaşlıq etməkdən qürur duyduqlarını bildirirlər.
Azərbaycanın, onun Prezidentinin xoşniyyətli və humanizm missiyası bu gün bütün dövlətləri və xalqları bir araya gətirən həmrəylik platformasına çevrilməkdədir.Azərbaycan dövləti pandemiyanın qlobal inteqrasiyanı məhdudlaşdırdığı bir dövrdə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə ümümdünya problemlərinin həllində və geniş müzakirəsində açıq və lider ölkə olduğunu təsdiqlədi. Sonrakı günlərdə dünyanın ən nüfuzlu təşkilatlarının, şirkətlərinin rəhbərləri ilə keçirilən videokonfransda aparılan maraqlı və faydalı müzakirələr bir daha Azərbaycan etibarlı tərəfdaş olmasını nümayiş etdirdi. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun Cənab Prezidentə bir neçə dəfə ünvanladığı müraciətlərdə də Azərbaycanın xüsusi təşkilatçılıq və təşəbbüskarlıq səyləri yüskək qiymətləndirilib. Bu, bir daha Azərbaycanın ikitərəfli və çoxtərəfli görüşlərin təşəbbüskarlığını və liderlikdə xüsusi yerini, etibarını göstərir.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.