Peşə məktəblərinə direktor və müavinlərinin işə qəbul imtahanı keçiriləcək

Bu gün  peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbul imtahanı keçiriləcək.

“-22 rayonda direktor, 29 rayonda isə direktor müavinlərinin işə qəbulu üzrə elan verilmişdi. Bununla bağlı 790-dən çox müraciət olub. İmtahan mərkəzləşdirilmiş  qaydada keçiriləcək”.-Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov bildirib.

Onu da qeyd edək ki, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə 1200-dən çox müraciət olub. -“Avqustun 3-də də müəllimlərin işə qəbulu üzrə imtahan keçiriləcək. İmtahandan uğurla keçənlər peşə məktəblərində işə qəbul ediləcəklər”.-Ceyhun Kərəmov qeyd edib.

C.Kərəmov bildirib ki, dual proqramı çərçivəsində 50-yə yaxın şirkətlə əməkdaşlıq edilir: “Bir çox rayonlarda yeni sektorlar üzrə işəgötürənlər əməkdaşlığa dəvət edilir: Əgər işəgötürənlər təhilin məzmunu ilə bağlı təklifləri olarsa, proqramı onlara uyğun həyəta keçiməyə hazırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.