Paşinyanın Rəsulzadə haqqında çirkin iddialarına Azərbaycan tarixçiləri və siyasətçiləri cavab verdilər

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barəsində çirkin iddialar səsləndirib. Musavat.com xatırladır ki, Paşinyan M.Ə.Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham edib. Azərbaycanda buna ciddi etirazlar və sərt təpkilər var. Tarixçilər, elm adamları və siyasətçilər Paşinyanın bu sərsəm yalanlarını tarixi fakt və sənədlərlə ifşa edirlər.

“Çapar” tarix jurnalının baş redaktoru Dilqəm Əhməd musavat.com-a açıqlamasında bu iddiaları tarixi faktlarla inkar etdi və bunun həqiqətlə heç bir əlaqəsinin olmadığını dedi. Onun sözlərinə görə, mühacirət mətbuatına, Rəsulzadənin öz yazdıqlarına, legionerlərin xatirələrinə, eləcə də Qərb tədqiqatçılarının əsərlərinə baxdığımız zaman görürük ki, Rəsulzadə nəinki Hitler Almaniyası ilə əməkdaşlıq edib, əksinə onlardan tamamilə uzaq dayanıb: “Bilirsiniz, əməkdaşlıq o zaman olardı ki, ortada hər hansı bir anlaşma, müqavilə olsun. Alman tədqiqatçı Mühlen açıq şəkildə yazır ki, Rəsulzadənin rəhbəri olduğu iddia edilən komitə kağız üzərində idi, faktiki yox idi. Azərbaycan legionunun tanınmış simalarından, Fətəlibəylinin köməkçilərindən Cabbar Ərtürk xatirələrində açıq şəkildə yazır: “O kritik illərdə Polşada və sonra da Avstriyada olan Məhəmməd Əmin Rəsulzadə şəxsən Fətəlibəyli tərəfindən dəvət edildi. “Gəlin bizim Komitə sədrliyini sizə təhvil verim və keçmiş dövlət başqanımız olaraq bizi almanların və digər dövlətlərin qarşısında təmsil edin” dediyi halda mərhum Rəsulzadənin verdiyi cavab bu oldu: “Mən keçmiş dövlət başqanı olaraq Almaniya idarəçiliyindəki bir komitənin başqanı olaraq özümü kiçiltmərəm”. Görürsünüz ki, Rəsulzadə açıq şəkildə başa düşmüşdü ki, almanlar Azərbaycana müstəqillik verməyəcək. Ona görə də o, Almaniyanı tərk etdi”.

Dilqəm Əhməd: “Paşinyanın Njdenin cinayətlərini gizlətmək üçün bu yola baş vurması əbəsdir”

Yazı günüm – Dilqəm Əhməd » Kaspi.azAzərbaycanda özəl xəbərlər ...

Dilqəm Əhməd
 
D.Əhməd həmçinin Paşinyanın məlum sərsəmləməsini təkzib edən digər faktlara da toxunub: “Legioner Süleyman Təkinər, Məhəmməd Kəngərli də məqalələrində bu məsələyə toxunublar ki, Rəsulzadə almanlarla əməkdaşlıq etmədi. Təsadüfi deyil ki, Rəsulzadənin özü də Fətəlibəylinin qətli münasibəti ilə söylədiyi nitqində bildirib ki, almanlar heç bir komitənin mövcudluğunu qəbul etmədilər, mən də oranı tərk etdim. Bu baxımdan Paşinyanın dedikləri tamamilə iftiradır, Googledən götürdüyü bir qəzet parçası və bayraq şəkli ilə yalan fikir söyləyir. Rəsulzadə Azərbaycan Cümhuriyyətinin qurucusu və ideoloqu olduğu üçün Paşinyan onu hədəf seçib. 71 ildə Rəsulzadəyə o qədər iftira atılıb ki… Bu baxımdan Paşinyanın Njdenin cinayətlərini gizlətmək üçün bu yola baş vurması əbəsdir”.

Nəsiman Yaqubli: “Rəsulzadənin Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb”

Nəsiman Yaqublu: "Etibar Əliyevi BDU-nun yubileyindən qovublar ...

Nəsiman Yaqublu

Musavat.com xatırladır ki, eyni ittihamla bağlı bu ilin fevral ayında tarix elmləri doktoru, Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu bir məqalə yazıb. Sözügedən məqalədə həmin ərəfədə səsləndirilən bənzər ittihamlar ciddi faktlarla ifşa olunub. Faktları nəzərinizə çatdırırıq:

“M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar o, Almaniyada olarkən “Milli Azərbaycan Komitəsi”ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Lakin Hitler “komitələr” deyil, məhdud səlahiyyətli “milli komissiya”lar yaratmağa üstünlük vermişdi.

Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.

Almaniyada 1932-1934-cü illərdə nəşr edilən “Demokrasi və Sovetlər” məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı: “Daxildə xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”.

Bax: N.Yaqublu. “Azərbaycan legionerləri”. Bakı, 2005.

N.Yaqublu. “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”. Bakı, 2013.

2abe4d86a4137b3e7d82af21cbd484f0.jpg (72 KB)

СВЯЗИ М.Э.РАСУЛЗАДЕ С ГЕРМАНИЕЙ

В 1932-1945-х годах У М.Э.Расулзаде не было прямого контакта с главой Герма¬нии Адольфом Гитлером. С правительством Германии у М.Э.Расулзаде контакты были через профессора Герхарда Фон Менде, воз¬главлявшего Главное управление Восточного министерства по национальностям СССР и бывшим послом Германии в СССР, предста-вителем министерства иностранных дел Гер¬мании Шуленбергом.

Целью М.Э.Расулзаде было наладить связи с правительством Германии, спасение более 70-ти тысяч азербайджанских пленных и признание независимости Азербайджана Германией. В связи с этим, будучи в Германии, он создал «Национальный азербайджан¬ский комитет», стал вести переговоры с правительством. Однако Гитлер отдал предпочтение созданию не «комитетов», а «нацио¬нальных комиссий».

Свое отношение к Гитлеру и фашистской идеологии М.Э.Расул¬заде высказывал таким образом: «Гитлеризм – это, прежде всего, иде¬ология, созданная против коммунистической демагогии. Он принял фашистскую диктатуру от своих противников, но интернационализм заменил национализмом».

СМ: Ягублу Н. Азербайджанские легионеры. Баку, 2005 г.

Ягублу Н. Энциклопедия Мухаммеда Эмина Расулзаде.Москва, «Маска» 2015”

“Məhəmməd Əmin Rəsulzadə SS-də iştirak etməyib, Paşinyanın babası və Qaregin Njde kimi faşistlərin işğal etdikləri ərazilərdə mülki əhalinin, yəhudilərin soyqırımını törətməyib”.

 Asim Mollazadə: “Paşinyanın Rəsulzadə haqqında işlətdiyi ifadələr gülüncdür”

Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”

Asim Mollazadə

“Report”un məlumatına görə, bu sözlərin Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham etməsinə cavab olaraq bildirib.

“Rəsulzadə üzvləri Nürnberq məhkəməsi tərəfindən məhkum edilən SS-də olmayıb, hərbi cinayətlərdə iştirak etməyib. Ona görə də, Paşinyanın Rəsulzadə haqqında işlətdiyi ifadələr gülüncdür. O, belə danışmaqla bu gün Ermənistanda qəhrəmanlaşdırılan faşist casusu və kütləvi qətllərin müəllifi Qaregin Njde kimilərin cinayətlərini, ona qoyduqları heykəllə bağlı rüsvayçılığı ört-basdır etmək istəyir”, – deyə Asim Mollazadə bildirib.

Millət vəkili Rəsulzadənin heç orduda belə olmadığını və Azərbaycan legionunun tərkibində müharibədə iştirak etmədiyini xatırladıb.

İlham Əliyevin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir?

Fərid Şəfiyev

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev də report.az-a açıqlamasında bu məsələyə reaksiya bildirib. Deyib ki, N.Paşinyanın Azərbaycan Cümhuriyyətinin (1918-1920) ideoloji rəhbəri Məhəmməd Əmin Rəsulzadəyə istinad edərək onun nasistlərlə əməkdaşlıqda ittiham edib və onun Azərbaycanda qəhrəmanlaşdırıldığını bildirib: “Burada Ermənistanın hökumət başçısı tarixi faktları məqsədyönlü şəkildə təhrif edib. Məhəmməd Əmin Rəsulzadə İkinci Dünya müharibəsi zamanı SSRİ-dəki respublikaların mühacirətdə olan digər dövlət xadimləri kimi, həqiqətən də, Almaniyaya səfər edib, lakin, nəticə etibarı ilə, nasistlərlə əməkdaşlıqdan imtina edib. Bu, kifayət qədər bilinən faktdır. O ki qaldı nasist Almaniyası tərəfidən döyüşən şəxslərə, Azərbaycanda onlara abidə qoyulmur və qəhrəmanlaşdırılmır. Nikol Paşinyanın səsləndirdiyi fikirlər yanıltma cəhdidir, məqsədyönlü şəkildə səsləndirilən yalan məlumatdır”.

Musavat.com sözügedən qalmaqalla bağlı Müsavat Partiyası yetkililərindən açıqlama almağa cəhd edib. Amma son dəqiqələrə qədər hər hansı cavab ala bilməyib və partiya rəhbərliyinin sosial şəbəkədəki statuslarında da Paşinyanın sərsəm açıqlamalarına hər hansı reaksiya olmayıb. Mövzunu davam etdirəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.