“Ortaq Türk Ədəbiyyatı və Əlifbası dərslikləri hazırlanacaq” – Nazir müavini

“Hazırda Ortaq Türk Ədəbiyyatı dərsliyi hazırlanır”.

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Ortaq Türk Dünyası Tarix Olimpiadasının mükafatlandırılma mərasimində deyib.

O bildirib ki, Ortaq Türk Dünyasının Əlifbası dərsliyi hazırlanacaq.

“Ortaq türk coğrafiyası dərsliyinin hazırlanması istiqamətində işlər isə artıq yekunlaşmaq üzrədir” – deyə nazir müavini qeyd edib (apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.