ORTA MƏKTƏBLƏRDƏ TƏLİM-TƏRBİYƏNİN MƏQSƏDİ, MƏZMUNU VƏ MAHİYYƏTİ BARƏDƏ

Vətənpərvər vətəndaş tər­biyəsi – bu, orta təhsil müəssi­sə­­lərində öz aktual­lığı ilə diq­qə­ti çəkən ən vacib məsələlər­dən­dir. İdeoloji, milli-mənəvi, mə­nəvi-əx­laqi tərbiyə əsas də­yər­lərin aşı­lanma­sına yö­nəl­di­lən və da­im diqqət mərkə­zin­də olan fəa­liyyət növü kimi orta məktəb­lə­rin əsas iş istiqamətlə­rindən biridir.

Şagirdlərə bu dəyərlərin aşılanması ilə bağlı apa­rı­lan ideoloji və təlim-tərbiyə işində hansı məq­səd­lər is­tiqamət kimi irəli sürülür? Bu işlərin məzmun və mahiy­yəti nədən ibarətdir? Bu vəzifələrin tam həyata keçiril­məsi üçün məhz hansı addımların atılması vacib hesab olu­nur? Suallarımıza Gəncə şəhər 30 nöm­rəli tam orta məktəbin direktoru, tanınmış peda­qoq, ictimaiyyətçi, şair, Respublika­nın Əməkdar Müəllimi, “Qızıl qələm” mükafatı lau­reatı İlham Həsənov cavab verir.

R.Z. – İlham müəllim, təlim-tərbiyədə milli hiss­lə­rin for­malaşdırılması dedikdə məhz nə başa dü­şül­məli­dir? Bu işlərin həyata keçirilməsində əsas rol­lar kimlərə məx­susdur? Orta təhsil müəssisə­lə­rində bu tərbiyənin məq­sədi, məzmun və mahiyyətini məhz nədə görür­sü­nüz?

İ.H. – Milli hisslər – bu, Vətənə olan məhəbbət, inam, ona sidq-ürəklə xidmət etmək həvəsi, onu digər xalq­lar ara­sında ən ali xalq kimi görmək istəyi və başqa bu kimi hiss­ləri özündə birləşdirən davranış sistemidir. Mil­lətinə olan bu sevgi ümumbəşər hisslərin inkar edil­mə­si deyildir. Bununla belə bəşəriyyətə xidmət də xal­qı­na bəslədiyi hisslərdən keçib gedir. Yəni öz xalqının sevmədən bəşəriyyəti də sevmək müm­kün deyildir.

Vətənpərvərlik dedikdə, ilk növbədə Vətənə kö­nül­lü xidmət nəzərdə tutulur. Müasir gənclərə bu hissləri aşılamaq biz pedaqoqların ən ali borcudur. Bütün orta təhsil ocaq­la­rında şagirdləri bu ruhda tərbiyə etməyə can atılır. Bu istək bütün təlim-tərbiyə sisteminin məzmun və formalarını özün­də birləşdirir. Təlim-tərbiyədə ideologi­ya işi cəmiyyətin və ayrı-ayrılıqda fərdin aktual problemi kimi ortaya qoyulmalı, böyüməkdə olan gənc nəsli aktiv fəaliyyətə səsləyən vasitə­yə çevrilməlidir. Orta məktəb­lər­də təlim-tərbiyənin məqsədi də elə budur. Pedaqo­gi­kada bu məqsəd və istəklər insanın yaşadığı, fəaliyyət göstərdiyi cəmiyyətdə mənəvi-əxlaqi, si­ya­si, hüquqi və estetik anlayışa sahib olmasına xidmət edir. Yəni orta məktəblərdə şagirdlərə ilk dövrdən verilən biliklər onlar­da bu anlayışların formalaşmasına xidmət edir. Ümum­milli maraqlarımız təlim-tərbiyə prosesinin məhz bu istiqa­mətdə aparılmasını üstün tutur. Bu səbəbdən döv­lətimiz bu prosesi daim öz nəzarəti altında saxlayır. Ora təhsil ocaqları da tədris işi ilə bərabər təlim-tərbiyə pro­sesinin günün aktu­al­lığı və tələbləri çərçivəsində qurul­masına çalışır.

R.Z. – İdeal vətəndaş obrazı şagird dünyagörü­şün­də necə formalaşdırılır?

İ.H. – Bu da təlim-tərbiyə prosesinin vacib tərkib his­sə­si olmaqla əsas məqsədlərə xidmət edir. İdeal vətən­daş kim­dir? O, Vətənini və Dövlətini sevir, onun xoşbəxt gələcə­yinə inanır, hər zaman onun müdafiəsinə qalxma­ğa, onun uğrunda yaşayıb-yaratmağa hazırdır. Məktəbli dərslərini yax­şı oxumalı, məktəbin ictimai işlərində fəal, tərbiyəli, əx­laqlı, savadlı və bacarıqlı olmalıdır. Əgər on­da bu keyfiy­yət­lər formalaşdırılmışsa, demək, həmin təh­sil ocağında təlim-tər­biyə prosesi düzgün qurulmuşdur. Şagird bu prosesdə uğu­ra istiqamətlənmişsə, demək təh­silimizin qarşıya qoy­du­ğu vəzifələr yerinə yetirilmişdir.

Biz təlim-tərbiyədə ideal vətəndaş obrazını hə­mişə nü­munə götürürük. Hazırladığımız tədbirlərdə də bu ideyanı önə çəkirik. İdeal vətənpərvər öz Dövlətini əbədi görən, onun ucalığı üçün yaşayan, bayrağını, xalqını, onun adət-ən­ənələrini, onunla bağlı yaxşı nə varsa sevən insandır. Təlim-tərbiyə prosesində nümunə obyekti kimi təqdim etdiyimiz qəhrəmanlarımız, şəhidlərimiz… hamısı ideal vətənpər­vər­lər­dir. Bu tərbiyədən irəli gələn vəzi­fə­lər şagirdlərdə milli şüu­ru formalaşdırır, vətənpərvər və­təndaş hisslərini gücləndirir, qanunlara və qanunçuluğa hör­mət hissləri yaradır. Bu tərbi­yədən irəli gələn vəzi­fələr milli ideologiyanın əsas məsələ­ləri olmaqla, təlim-tərbiyənin bütün fəaliyyət sistemini, şa­girdlərin milli-mə­nəvi, siyasi, estetik tərbiyəsini əhatə edir, onlarda cəmiy­yətin irəli sürdüyü tələbləri özündə birləşdirən keyfiy­yət­ləri tərbiyə edir. Bu keyfiyyətlər onlara layiqli və­təndaş olmaq, cəmiyyətimizə və milli maraqlarımıza yad olan ünsürlərdən seçilmək imkanı verir. Aparılan işlər cə­miy­­yətimizin və dövlətimizin nəzarət etdiyi bir təlim-tərbiyə sistemidir. Bu tərbiyə yeniyetmə və gənclərə ideal vətən­daş haqqında təsəvvür yaradır, onun həyatda məqsədlə­rinin və həyati mövqeyinin formalaşmasına şərait yaradır. Vətəninə, Dövlətinə xidmət, humanizm ideyalarına səda­qət, şəxsi hə­yatda uğur və nailiyyətlər qazanmaq istəyi onun həyati məq­sədlərinə çevrilir.

R.Z. – İdeal vətəndaş yetişdirilməsi yolunda atı­lan ad­dımlar orta məktəblərdə hansı formalarda hə­yata ke­çi­rilir və hansı real nəticələrə çatılır? Aydın­dır ki, məq­səd tək oxutmaq deyil, həm də öyrətmək­dir. Formal ola­raq görülən işlər təlim-tərbiyədə hansı boşluqlara səbəb ola bilər?

İ.H. – Bu tərbiyə zamanı cəmiyyətin həyatında və qu­rul­masında fəal iştirak edən, möhkəm iradəli şəxsiyyət for­malaşdırılır. Tərbiyənin məqsədləri gələcəyin perspek­tivlə­rinə istiqamətlənib. Bu səbəbdən cəmiyyətə və şəx­sən özünə münasibətdə həyat qabiliyyəti olan, humanizm ideyaları ilə yaşayıb-yaradan insanların formalaşması əsas məqsəd kimi qarşıya qoyulur. Həyatımızın irəli sür­düyü şərait fərdə mü­na­sibətdə yeni tələblər qoyur, əsl şəx­siyyət, cəmiyyətin inki­şafının tələblərinə nümunəvi dav­ranışı və fəaliyyəti ilə cavab verən şəxsiyyətin yetiş­di­ril­məsi təlim-tərbiyənin əsas məq­səd­ləri kimi irəli sü­rülür.

R.Z. – Təlim-tərbiyənin vəzifələri dedikdə məhz nə­lər nəzərdə tutulur?

İ.H. – Təlim-tərbiyənin ümumi məqsədləri var və onla­rın həyata keçirilməsində günün aktuallığı da nəzərə alın­maqla konkret işlərin həllinə yönəldilən vəzifələr möv­cud­dur. Bunlar, gənclərimizi ümumbəşəri, milli, mə­nə­vi dəyər­lər ruhunda tərbiyə etmək, onlara estetik də­yərləri aşılamaq, onlarda əməyə, təhsilə, ictimai fəallığa həvəs yaratmaq, bütün bunların həyatda uğurlar qazan­maq yolunda ən vacib üsullar və ali həyati dəyərlər ol­duğunu başa salmaq kimi, bir çox vəzifələri özündə bir­ləşdirir. Milli-mənəvi dəyərləri aşılamaq, onları öz Və­tənini və Dövlətini sevməyi öyrətmək biz pedaqoqların qarşısında duran ən vacib məsələlər kimi qalmaqdadır.

Biz şagirdlərimizi tək oxumağa həvəsləndirmirik, həm də öyrədirik. Bu, həyat qabiliyyəti olan gənclərin tə­lim-tərbiyəsinə yönəldilmiş məqsəd və vəzifələrin prin­siplərinə dəqiq riayət edilməsini tələb edir. Bu prinsiplər də özündə humanizm, vətənpərvərlik, hərbi-vətənpər­vər­lik, milli-mənə­vi dəyərlərə hörmət və məhəbbət, fərdilik, tolerantlıq və s. kimi yüksək keyfiyyətlərin aşılanmasına, onların qabiliy­yətli, savadlı, bacarıqlı və hərtərəfli inkişaf etmiş vətəndaş kimi formalaşmasına xidmət edir.

R.Z. – Təlim-tərbiyənin mahiyyətinə müxtəlif nə­zər nöqtəsindən qiymət vermək olar. İstənilən hal­da tərbiyə obyekti şagirddir və ona, müəyyən təsir göstərilən fərd kimi yanaşılır.

İ.H. – Təlim-tərbiyənin mahiyyəti dedikdə, mək­tə­bin bu tərbiyədə rolunu tam başa düşmək lazımdır. Bu işin mahiyyəti ondan ibarətdir ki, tərbiyə olunan şagird­lərin əsl insan kimi formalaşdırılması yolunda atılan ad­dımlar, görülən işlər bir sistem şəklində həyata keçirilir. Yəni bu, bir fərdin, yaxud bir qrup insanın maariflən­dirilməsi üzrə işləri özündə birləşdirən bir fəaliyyət növü­dür. Bu işin mahiyyəti istər-istəməz, tərbiyəçinin möv­qe­yi və məqsədlərinin həyata keçirilməsi zamanı özünü tam dolğunluqla büruzə verir. Eynilə, şagirdlər də onların təh­sili, təlim-tərbiyəsi ilə məşğul olan insanlara onların hə­ya­ta keçirtdikləri işlərə görə qiymət verir. Burada müəl­lim və pedaqoqların həyat təcrübəsi, bilik və savadı, qa­biliyyəti, ideya-siyasi və pedaqoji hazırlığı da önəmli rol oynayır. Bununla yanaşı, pedaqoq şagirdlərin yaş dövrü­nü, həyat şəraitini, onun psixoloji və sosioloji duru­munu da nəzərə almalıdır. Tərbiyə və təsir anlayışları təc­rübədə uzlaşdırılmalı, ən çətin uşaqlar belə bu tərbiyənin verdiyi imkanlardan yararlanmalıdır. Təcrübədə tərbiyənin düz­gün aşılanması zamanı ən çətin uşaqların belə məqsəd­yönlü, sözəbaxan, fəal, savadlı və bacarıqlı şagirdlərə çevrilə bildiyinin şahidi oluruq. Bu da, pedaqoqların öz təcrübələ­rindən necə yararlana bilməsindən çox asılıdır.

Təlim-tərbiyənin məqsədləri insanda, yaxud bir qrup insanlarda, xüsusi hazırlanmış və ya həyata keçi­ril­miş tər­biyəvi işlər və fəaliyyət zamanı gözlənilən dəyi­şikliklərdir. Bu fəaliyyət tərbiyəçinin və ya cəmiyyətin tər­biyə olunan şagirdlərə humanist münasibətlərinə isti­qamətlənir. Bu əla­mətlər üzrə də əqli, mənəvi-əxlaqi, fi­ziki və estetik, ekoloji və s. tərbiyə üzrə işlər hazırlanıb həyata keçirilir. Təlim-tərbiyənin istiqaməti onun məq­sədi və məzmununun birliyi ilə müəyyən edilir. Nəticədə şagirdlərin intellektual bacarı­ğının, savad, bilik və bacarı­ğının inkişafına, ətraf mühiti və özünü dərk etməyə ma­rağın artırılmasına, bu da onlarda təhsil və intellekt əmə­yə, şəxsi keyfiyyətlərinin formalaşdı­rıl­ma­sına, yaradıcı­lığa, müstəqilliyə, dünyagörüşün artırıl­ma­sına həvəs ya­radır. Əqli tərbiyənin qarşıya qoyduğu və­zifələr də tədris vasitələri və təhsillə, maarifləndirmə ilə, xüsusi hazırlan­mış tədbirlərlə, viktorina və olimpiadalar ilə, yaradıcı ax­tarışlar, təhqiqatlar və c. İlə həyata keçirilir. Bü­tün bu tərbiyə üsulları və metodları şagirdlərdə paralel olaraq bir çox müsbət keyfiyyətlərin formalaşmasına xidmət edir. Onlarda öz ailəsinə, oxuduğu məktəbə, onları əhatə edən başqa insanlara, öz xalqına, vətəninə, dövlətinə məhəbbət və hörmət hislərini formalaşdırır. Şagird artıq bilir – əsl vətən­daş nəinki, konstitusiyanın irəli sürdüyü qanunlara, həmçinin onun qarşısına qoyulan digər vəzifə və öhdə­liklərə vicdanla riayət etməlidir, öz vətəninin inkişafı üçün yaşamalı və fəa­liy­yət göstərməlidir. Bu proses şa­gird­lərdə müəyyən keyfiy­yətlərin formalaşmasında, eyni zamanda biliklərin qazanıl­ma­sında həvəsin yaradılmasına xidmət edir. Onlar təhsilə və oxuduğu məktəbə münasi­bətdə daha fəal olmağa can atırlar.

R.Z. – Vətənpərvər vətəndaş tərbiyəsi məsə­lə­lə­ri nə vaxt uğursuzluğa düçar olur? Bunun baş ver­məməsi üçün nə etmək tələb olunur?

İ.H. – Bu suala cavab pedaqoqun fəaliyyətinin əsa­sında durur. Bu fəaliyyətdə yuxarıda sadalanan vəzifə­lər tam ye­rinə yetirilməyibsə, onda bütün təlim-tərbiyə sistemi peda­qoji uğursuzluğa düçardır. Şəxsiyyətin for­malaşdırılması tək hansısa tədbirdə və söhbətdə qoyul­mur. Hərçənd, ayrı-ay­rılıqda bunlar təlim-tərbiyə sistemi­nin tərkib və ayrılmaz hissələridir. Görülən bütün işlər bir-birini tamamlayır və hansısa dərəcədə bir-birinə təsir edir. Vaxt ötdükcə, şagird gündəlik həyatda öz idealını tapır, ona oxşamağa çalışır və onda dəyərlər haqqında müəyyən təsəvvürlər formalaşır. Bütün bu dünyagörüşün formalaşmasında təhsil aldığı mək­təb böyük rol oynayır. Və uğurla təşkil olunan tərbiyəvi işlər şagirdə tərbiyə aldığı mühiti hədiyyə edir. Biz pedaqoqlar bu işdə pe­şəkar bacarıq göstərməklə onlara obyektiv təsir gös­tər­məkdəyik.

 

 

Ruhulla Zahidov. Yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.