Novruz Qartal Gəncədə, İmamzadə Dini Kompleksində dəfn olunub

Azərbaycan mədəniyyətinə itki üz verib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal) vəfat edib.
Novruz Qartal 1947-ci il martın 21-də anadan olub.1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun “Musiqili komediya aktyoruğu” fakultəsini bitirib. Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayıb.
“Toy kimindir” səhnə əsərində Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, “Sevindik qız axtarır”da Tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və digər rolları ilə tamaşaçıların dərin rəğbətini qazanıb. N.Əliyev bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi “Tənqid-Təbliğ” Teatrında çalışıb. 1996-cı ildə yaradıcılıq fəaliyyətini Musiqili Komediya Teatrda (Akademik Musiqili Teatrın keçmiş adı) yenidən davam etdirən Novruz Əliyev maraqlı obrazlar silsiləsi yaratmağa nail olub.
Novruz Əliyev (Novruz Qartal) Gəncədə, İmamzadə Dini Kompleksində dəfn olunub.
Dəfn mərasimində Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Dram və Kukla Teatrlarının kollektivləri, Gəncə şəhər və Samux rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rəhbərləri iştirak etmişlər.
Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.